Buradasınız: Ana səhifə - BƏDİİ LÖVHƏ - Mən bir müəlliməm

Mən bir müəlliməm

Qədim zamanlarda yorğun yolçuların qaldığı karvansaraylar kimi olmalıyam. İsti, əmin, cömərd;

Qışla yaz qucaqlaşmalı əllərimdə;
Susuz torpaqların bağrından çaylar axdırmalıyam, gur və gümrah;
Tikanlar arasında güllər toplamalıyam;
Səhralara sürgün edilsəm də qanımla ağac yetişdirməliyəm;
Şagirdlərin dərdini, problemini yazmaq üçün dərimi kağız,qanımı mürəkkəb etməliyəm;
Önümə dəmirdən sədd çəksələr dişimlə Dağları oymaq lazım olsa iynə ilə oymalıyam;
Nadanlığın, cəhalətin kökünü çürütməliyəm;
Mən bir müəlliməm!

Ətrafıma elmdən, fəzilətdən, əxlaqdan qalalar tikməliyəm;
Vətənim uğrunda qandan-irindən dəryalar keçib getməliyəm;
Doğru yolda olan, haqqı tutub qaldırmağa gələn hər kəsə hörmətkar olmalıyam;
Bütün varlığı, bütün insanlığı sevməliyəm;
Özümün də ehtiyacı olduğu halda başqalarına kömək etməyə çalışan insan olmalıyam;
Ətrafımdakıları gülə, ətrafı Gülüstana çevirməliyəm;
Millətimin dərdiylə iztirablı yaşamalıyam;
Heç kimin qəlbini gül yarpağıyla da olsa, incitməməliyəm;
Əcdadlarımızdan bizə əmanət edilən can Azərbaycanımızı, bizdən sonra gələn nəsillərə cənnət evi olaraq təslim etməliyəm;
Mən bir müəlliməm!

Təbiətə bənzəməliyəm, onun qədər cömərd, onun qədər sonsuz, onun qədər səbrli;
Hər hecasında bir dünyanın gizləndiyi kəlimələr tökülməli dilimdən;
Mən elmlə cəhalətin arasına, olanla olması lazım olanların arasına, başqası olmaqla özü olmaq arasına sərhəd çəkməliyəm;
Mən bir müəlliməm. Sevgini, sevməyi öyrətməliyəm şagirdlərimə, kini, nifrəti deyil;
Mən bir müəlliməm. Silahım qələmim, qalxanım biliyimdir;
Bir əlimdə kitab, bir əlimdə təbaşir var;
Yaşıl taxta dünyamdır mənim;
Bir əlimdə bayraq, bir əlimdə torpaq, qəlbimdə çiçək açan şagirdlər var;
Millətimin bütün müqəddəs əmanətləri məndədir, çünki mən bir müəlliməm!

MÜƏLLİMİN BÜTÜN DƏRDİ MİLLƏTİ OLDUĞUNA GÖRƏ O,TƏK BAŞINA BİR MİLLƏT,TƏK BAŞINA BİR DÖVLƏTDİR,MÜƏLLİM TƏK BAŞINA AZƏRBAYCANDIR !!!!!!!! • NAPOLION BONAPART

əllif: Bəhman Məmmədov

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx