Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - Magistratura üzrə elmi-metodiki seminarlar

Magistratura üzrə elmi-metodiki seminarlar

1421844062_sh9gurl4

22-09-2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini aparmaq, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işlərini həyata keçirmək, qəbul imtahanı üçün proqramları və testlərin tərtibini daha da təkmilləşdirmək, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə 15 oktyabr 2015-ci il tarixindən etibarən informatika, psixometriya (məntiqi təfəkkür) və xarici dillər (ingilis, fransız, alman, rus, fars və ərəb dilləri) üzrə elmi-metodiki seminarlar təşkil edir.

Magistratura üzrə elmi-metodiki seminarların iş qrafiki

Sıra №

Seminarların adı

Həftənin günü

Başlanma vaxtı

1.

Xarici dillər (ingilis, fransız, alman, rus, fars və ərəb dilləri)

I

15.00

2.

İnformatika

II

15.00

3.

Psixometriya (məntiq)

V

10.30

Qeyd:

  • Seminarlar TQDK-nın Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) keçirilir.
  • Elmi-metodiki seminarlarda iştirak edəcək mütəxəssislərdən özləri və iş yerləri haqqında qısa məlumatı və əlaqə telefonlarını yazıb magistratura@tqdk.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçmələri xahiş olunur. 
Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx