Magistraturaya hazırlaşanların nəzərinə

Artıq 4 ildir ki, kursumuzda magistraturaya hazırlıq qrupları fəaliyyət göstərir. Qeyd edək Hədəf Kurslarının magistratura istiqaməti üzrə ilk məzunları 2009-cu ildə olmuşdur. Həmin il uğur faizimiz 88% oldu. Növbəti illərdə isə münasib olaraq 2010-cu ildə 92%, 2011-ci ildə 99%, 2012-ci ildə də həmçinin 99% olmuşdur.

Bu il də kursumuzun filiallarında magistraturaya hazırlaşanlar üçün açılacaq qruplara qeydiyyat başlamışdır. Qeyd edək ki, qeydiyyat avqustun 1-dən başlamışdır və hələ ki, davam edir.

 Magistr dərsləri haqqında

Dərslər 8-10 nəfərlik qruplarda və fərdi olaraq aparılır. Həftə ərzində 10 saat dərs tədris olunur. Dərs vəsaitləri və test bankları (6 adda: informatika, məntiq və xarici dil üzrə) kursumuz tərəfindən verilir. Qruplarda hazırlaşan bakalavrlarımız ayda 2 dəfə sınaq imtahanı verirlər. Aylıq sınaq imtahanlarından əlavə həftə sonunda kursdaxili Dərsi Qiymətləndirmə Testləri (DQT) aparılır. Bu qısamüddətli imtahan olub həftə ərzində keçilən mövzuları əhatə edir. Xarici Universitetlərin magistraturasında təhsil almaq istəyən tələbələrimizi heç bir xərc olmadan sənədləşmə işlərini aparırıq.

 Diqqət!

Hədəf Kursları magistraturaya hazırlaşan bakalavrlar üçün 30 sentyabr 2012-ci il tarixdə pulsuz sınaq imtahanı keçirəcəkdir!

 

Tələbə dost, magistr olmaq istəyirsənsə, tərəddüd etmə!

Hədəfçilər sırasına qoşul!

 

Dərs saatları

Magistr proqramı üzrə qrupların açılma tarixləri