Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - MAGİSTRATURAYA QƏBUL İMTAHANININ BİRİNCİ MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR

MAGİSTRATURAYA QƏBUL İMTAHANININ BİRİNCİ MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirmişdir. İmtahan Respublikanın 4 şəhərində – Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ümumilikdə 30 binada təşkil olunmuşdur. İmtahan bütün binalarda saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılmışdır.

İmtahan təlimata uyğun şəkildə keçirilmiş, bakalavrların öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır.

Qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 60-dan çox KİV nümayəndəsi müşahidə etmişdir.

Nəticələrin martın 6-da elan edilməsi nəzərdə tutulmuşdur.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx