Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - MAGİSTRATURAYA QƏBUL İMTAHANININ İKİNCİ MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

MAGİSTRATURAYA QƏBUL İMTAHANININ İKİNCİ MƏRHƏLƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına iyunun 24-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb. 

 Bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı ilə yanaşı mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir. 

2012-ci il iyunun 27-dən 29-dək müsabiqə şərtlərini ödəyən bakalavrlar 2012 ‑ 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.  

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən 2012-ci il iyunun 27-dən    29-dək baxılacaqdır. 

NƏTİCƏNİ YOXLA

tqdk.gov.az

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx