Müəllim Hazırlığı

Müəllim hazırlığı

Bildiyiniz kimi, Azərbaycanda ilk müəllim hazırlığı dərsləri məhz Hədəf Kurslarında keçirilimişdir.

Hədəf Kursları hər ilin dekabr-yanvar aylarından etibarən “Müəllimlərin işə qəbulu imtahanına hazırlıq” kurslarına start verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq müraciət edənlərin bu imtahana daha yaxşı hazırlaşması üçün  kurslar təşkil edilir.

Hazırlıq proqramını tədris edən pedaqoqlar sahəsinin ən peşəkarlarıdır. Beynəlxalq və milli məsləhətçilərin seminarlarını keçmiş kurikulum təlimçiləri, təhsilə yeni yanaşmanın sirlərini dinləliyicilərə ustalıqla öyrədirlər.

Dərs proqramı Təhsil nazirliyi tərəfindən nəşr edilmiş siniflər üzrə dərs vəsaitlərinə əsaslanır.

Həftəlik dərs saatları aşağıdakı cədvəldə göstərilmişdir :

Dərsliklər ( Məntiq və kurikulum)  və elekton vəsaitlər kurs tərəfindən verilir.

Dərslər 8-10 nəfərlik quruplarla və fərdi olaraq keçirilir.

Ayda 2 dəfə sınaq imtahanı nəzərdə tutulmuşdur.

Aylıq sınaq imtahanında hər fənn üzrə birinci yeri tutan müdavim növbəti ay üçün ödənişdən azad edilir. (Həmin fənn üzrə imtahanda iştirak edən  Hədəfçilərin sayı ən az 15 nəfər olmaq şərti ilə)

Ölkə üzrə maksimum nəticə yığan müdavimə il ərzində ödədiyi ödəniş geri qaytarılır.

60 bal yığan müdavimə 4000 AZN pul mükafatı verilir.

Bundan başqa hər il Hədəf Kurslarına müəllim qəbulu imtahanları da keçirilir ki, bu imtahanda 1000-dən çox insan iştirak edir. Kursumuzda MİQ hazırlığı keçən dinləyicilər Hədəf Kurslarına müəllim qəbulu imtahanında iştirak etmək üçün  güzəştlər əldə edirlər. İmtahan nətəcələri məqbul olan müdavimlər işə qəbul prosesində daha çox şans əldə edir. Hər il müxtəlif filiallarımızda onlarla MİQ dinləyicimiz işə qəbul olunur. Seçilmiş müəllimlər avqust ayında Hədəf  Pedaqoji seminarını keçdikdən sonra müvafiq dərslərlə təmin edilirlər.