Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Müəllimlərin növbəti attestasiya imtahanı keçiriləcək

Müəllimlərin növbəti attestasiya imtahanı keçiriləcək

Mart ayının 10-da Hədəf Kurslarının Xırdalan filialında kursun müəllimləri və təcrübəçiləri üçün nəzərdə tutulmuş növbəti attestasiya imtahanı keçiriləcəkdir. Tədris müəssisəsinin İdarə Heyətinin qərarına əsasan tədris ili müddətində 2 dəfə keçirilən attestasiya imtahanlarının məqsədi müəllimlərin ixtisas biliklərinin təkmilləşdirməsi səylərini dəyərləndirməkdir.

Qeyd edək ki, saat 10:00-da müəllimlərin 2012/2013 tədris ilinin ilk 6 ayı müddətində uğurları, nöqsanlar və qarşıda duran vəzifələrlə bağlı seminar toplantısı keçiriləcəkdir. Daha sonra saat 11:00-də attestasiya imtahanı baş tutacaqdır.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx