Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Müəllimlərin pedaqoji ustalıqlarının artırılması seminarı başa çatdı

Müəllimlərin pedaqoji ustalıqlarının artırılması seminarı başa çatdı

Müəllimlərin pedaqoji ustalıqlarının artırılması seminarı başa çatdı

 Ötən həftə hər il olduğu kimi Hədəf Kursları yeni işə qəbul olmuş müəllimlər üçün sayca üçüncü seminar silsiləsini həyata keçirdi. Qeyd edək ki, seminar 4 gün davam etdi. Seminarda həmçinin ötən illərdə kursumuzda çalışan gənc müəllimlər də iştirak etdi. Bu il şəhərdəki filialların müəllimləri ilə yanaşı yeni fəaliyyətə başlayan rayon təmsilçiliklərinin nümayəndələri də iştirak etdi.

 Maraqlı seminar silsiləsi geridə qaldı

Məlumat üçün bildiririk ki, seminar Hədəf Kurslarının ötən il fəaliyyətə başlamış Azadlıq filialında baş tutdu. Seminarın bütün müəllimlər tərəfindən rəğbət və böyük maraqla qarşılanması gələcəkdə də bu tipli tədbirlərin keçirilməsinin vacib olduğunu göstərir. Odur ki, sizlər üçün də maraqlı olsun deyə seminar rəhbəri – baş direktorun müavini Famil İsayev ötən həftə keçirilən seminarın gündəliyini sizə təqdim edir:

 

27 Avqust 2012 – ci il

1. 10:30 – Hədəf Kursları Azadlıq filialına gəliş

2. 11:00 – (SEMİNAR 1) – Baş Direktor Şəmil Sadiq ; (Seminarın mövzusu – HƏDƏF və hədəfimiz)

3. 11:30 – 11: 45 – Tənəffüs

4. 11: 45 – (SEMİNAR 2) – Baş Direktor müavini və Coğrafiya fənn rəhbəri  Famil İsayev; (Seminarın mövzusu – Müəllimi simvol halına gətirən amillər)

5. 13: 45 – Tənəffüs və çay saatı

  

28 Avqust 2012 – ci il

1. 09:30 – Hədəf Kursları Azadlıq filialına gəliş

2. 10:00 – (SEMİNAR 3) – İcraçı Direktor Emin Sadıqov; (Seminarın mövzusu – Müəllimin öhdəlikləri, vəzifə və səlahiyyətləri)

3. 11:00 – 11:15 – Tənəffüs

4. 11: 15 – (SEMİNAR 4) – Elmi işlər üzrə direktor müavini və Biologiya fənn rəhbəri Müşfiq XAN; (Seminarın mövzusu – Hədəf nəşrləri, testologiya)

5. 12:30 – 13:00 – Tənəffüs və çay saatı

6. 13:00 – 13:45 – (SEMİNAR 5) – Kimya fənn rəhbəri Fətəli Hüseynov; (Seminarın mövzusu – Kurs sistemində dərsin bölgüsü və şagirdlərin qiymətləndirilməsi)

7. 13:45 – 14:00 – Tənəffüs

8. 14:00 – 14:45 – (SEMİNAR 6) – Fizika fənn rəhbəri Elşad Qasımov; (Seminarın mövzusu – Kurs sistemində zəif şagirdlərlə iş mexanizmi)

 29 Avqust 2012 – ci il

1. 09:30 – Hədəf Kursları Azadlıq filialına gəliş

2. 10:00 – (SEMİNAR 7) – Xırdalan filialı Direktoru və azərbaycan dili Fənn rəhbəri Elxan Nəcəfov; (Seminarın mövzusu – Dərsin təşkili)

3. 11:00 – 11:15 – Tənəffüs

4. 11:15 – (SEMİNAR 8 ) – Əli İbrahimbəyli (Seminarın mövzusu – Müəllim bir psixoloq olmalıdır!)

5. 12:30 – 13:30 – (SEMİNAR 9) – Azadlıq filialı direktoru Elvin Əliyev; (Seminarın mövzusu – Müəllimlərimizin sosial fəaliyyətlərinin inkişaf etdirilməsi)

6. 13:30 – 14:00 – Tənəffüs və çay saatı

7. 14:00 – 15:00 – (SEMİNAR 10) – Baş Direktor Şəmil Sadiq ; (Seminarın mövzusu – Liderlik)

 30 Avqust 2012 – ci il

1. 10:00 – Hədəf Kursları Azadlıq filialına gəliş

2. 10:30 – Baş Direktor Şəmil Sadiqin sorğusu

3. 11:00 – Müəllimlərə sertifikatların verilməsi

____

Qeyd edək ki, seminar günlərində maraqlı və yadda qalan çıxışlar, dərslə çox oldu. Gündəlikdən də göründüyü kimi seminarın son günlərində müəllimlər arasında sorğu keçirildi. Bu isə bütün müəllimlərə təkliflərini, iradlarını, görmək istədikləri yenilikləri vurğulamağa şərait yaratmış oldu. Seminarın son gün, yəni avqustun 30-da bütün seminar iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olundu. Seminarda iştirak edən müəllimlər sorğu-anketdə səsvermə yolu ilə “Ən yaxşı seminar məruzəçi”sini də seçdilər – F.İsayev. Həmçinin seminarın təşkilində “Ən fəal təşkilatçı” nominasiyası üzrə Hədəf Kurslarının Azadlıq filialının direktoru t.ü.f.d. Elvin Əliyev və filialın əməkdaşları təltif olundurlar. Sonda kursun baş direktoru – f.ü.f.d., dos. Şəmil Sadiq bütün müəllimləri təbrik etdi, maraqlı seminar təşkil etdiklərinə bütün Hədəf Kollektivinə təşəkkürlərini bildirdi. Rəsmi hissədən sonra bütün hədəfçilər “Hədəf tortu”-nun dövrəsində yığıldılar. Çay süfrəsi müddətində bütün müəllimlər fürsət tapıb xatirə şəkilləri çəkdirdilər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx