11 iyun 2017 tarixində keçirilmiş Hədəf Kursları üçün müəllim qəbulu imtahanının nəticələri hazırdır

11 iyun 2017 tarixində Hədəf Kursları üçün müəllim qəbulu imtahanı keçirilmişdir. İmtahanda Azərbaycan və rus bölməsi üzrə ümumilikdə təqribən 1100 nəfər müəllim iştirak etmişdir.  İştirakçılar 25 ixtisas, 15 kurikulum olmaqla ümumilikdə 40 sualı cavablandırıblar.

İmtahan nəticələri 14 iyun tarixindən etibarən elan olunacaq. Hər bir iştirakçı imtahana buraxılış vərəqi aldığı filiala yaxınlaşaraq yalnız öz nəticəsini öyrənə bilər.

Hədəf kursları üçün müəllim qəbulunda ixtisaslar üzrə keçid balını iştirakçıların nəticələri müəyyən edir. Fənlər üzrə təqribən 70%-dən yüksək nəticə göstərən müəllimlər II mərhələyə dəvət olunacaqlar. Ümumilikdə iştirakçıların  təqribən 300 nəfəri II mərhələyə keçmək şansı qazanıb.  Dəvət olunacaq müəllimlərə Hədəf Kursları tərəfindən dəvət SMS-i göndəriləcək.

II mərhələ 15-30 iyun tarixlərində Hədəf Kurslarının Baş ofisində  (Azadlıq filialı) keçiriləcək.

Hədəf Kursları olaraq bütün iştirakçılara işlərində uğurlar arzulayır və II mərhələyə keçən müəllimləri isə təbrik edirik.