Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Müstəqilliyimizin 21-ci ildönümü sərgi-yarmarkada qeyd olundu

Müstəqilliyimizin 21-ci ildönümü sərgi-yarmarkada qeyd olundu

Dövlət Müstəqilliyimizin 21-ci ildönümü münasibətilə bu gün “Milli müstəqillik günü” nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgi-yarmarkası təşkil olunub.Filarmoniya bağında keçirilən sərgini Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edib. Yarmarkanın keçirilməsində məqsəd əhalinin kitaba marağını artırmaq, gənc nəslin şəxsiyyət kimi formalaşmasında kitabın əhəmiyyətli rol oynadığını diqqətə çatdırmaq və müstəqillik dövründə nəşriyyatların çap etdiyi kitabları nümayiş etdirməkdir.

         Yarmarkada Bakıda fəaliyyət göstərən “Yeni nəşrlər”, “Yazıçı”, “Nurlan”, “Mütərcim”, “Nurlar”, “Nərgiz”, “Şirvannəşr”, “Altun”, “Azərnəşr”, “Adiloğlu”, “Xəzər”, “Qlobal”, “Apastrof”, “ 1001 mahnı”, “Qanun”, “Hədəf Nəşrləri”, “Əli və Nino”, “Kitab klubu”, “Müəllim”, “Şərq-Qərb”, “İpək yolu”, “Vektor”, “Kartoqrafiya”, “Zərdabi”, “Nil”, “Qələm”, “Araz”, “Hüquq ədəbiyyatı”, “Nağıl evi”, “Sehrli dünya”, “Kitab yayım mərkəzi və Timaş nəşriyyatları, kitab mağazaları və yayım mərkəzləri iştirak etmiş, habelə Uşaq İncəsənət Məktəbləri şagirdlərinin əl işlərinin sərgi-yarmarkası təşkil olunmuşdur. Həmçinin şair və yazıçıların oxucularına imza verməsi üçün guşə də ayrılmışdır. Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Aqil Abbas, Varis, Kamal Abdulla, Zəka Vilayətoğlu, Akif Axundov, Nüşabə Məmmədli, Gülarə Munis, Müşfiq Xan, Əjdər Ol, Elçin Ələkbərzadə, kitab-sərgi yarmarkasında oxucularla görüşüb imza veriblər.

         “Hədəf Nəşrləri” sərgi-yarmarkada ayrıca stendlə təmsil olunub. Burada bir çox bədii kitablar, yazıçı Müşfiq Xanın “Tənha Canavar”, “Ünvansız sevgi” dedektiv romanları, f.e.ü.f.d., dos. Şəmil Sadiqlə müştərək yazdığı “Ümidlərin izi ilə” (2-ci nəşr) bestseller kriminal dedektiv romanı, “İnci” uşaq ədəbiyyatı silsiləsi, məktəbəqədər uşaqlar üçün vəsaitlər, test banklar, izahlı testlər, yaddaş kitabçaları, dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vəsaitləri və s. nümayiş etdirilmişdir.

         VI, VII, VIII sinifləri əhatə edən dərs vəsaitləri (İngilis dili, Coğrafiya, Biologiya, Tarix, Riyaziyyat, Azərbaycan tarixi və s.) qiymətləndirmə vəsaitləri, Mövzu qiymətləndirmə testləri (MQT) 1 azn qiymətində satışa verilmişdir.

         12:00-13:00 saatlarında yazıçı Müşfiq Xan oxucuları ilə görüşüb, kitabları imzalayıb. Xüsusilə, yarmarkada “Hədəf Nəşrləri”  vəsaitlərindən Müşfiq Xanın romanları, “İnci” uşaq ədəbiyyatı silsiləsi, Qiymətləndirmə test vəsaitləri və “Rus dilini öyrənirəm” vəsaiti  valideyn, şagird və digər oxucuların böyük marağına səbəb olmuşdur.

         Qeyd edək ki, bu gün saat 10:00 da başlayan sərgi-yarmarka axşam 18:00-dək davam edib.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx