Neftçilər filialının yeni binasının açılış mərasimi keçirildi

Hədəf Kurslarının Neftçilər filialının yeni binasının açılış mərasimi keçirilib.

 

Mərasimdə Hədəf Kurslarının həmtəsissçisi Vüqar Tarquliyev və Şəmil Sadiq, həmçinin müəllim kollektivi iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.  Daha sonra söz Vüqar Tarquliyevə verilib. O, Neftçilər filialına uğurlar arzu edib.

 

Şəmil Sadiq də çıxış edərək öz növbəsində Neftçilər filialının fəaliyyət göstərdiyi illər ərzində qazandığı uğurlardan bəhs edib.

 

Sonda filial müdiri Famil İsayev çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürlərini bildirib. O, Neftçilər filialının adının bundan sonra Neftçilər-Qara Qarayev filialı olaraq dəyişdirildiyini deyib.

 

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, iştirakçılar şagirdlərin ifasında musiqili səhnəciklərlə tanış olublar.

 

Qeyd edək ki, Neftçilər filialının yeni binası Nizami rayonu Tofiq Abbasov 38 (Qara Qarayev metrosunun yaxınlığı) yerləşir. Ətraflı məlumat üçün(012)571-71-00/(055)465- 95- 41