Növbəti attestasiya imtahanı keçirildi

2013-cü ildə Hədəf Kurslarının Xırdalan filialnında Kursun yarımillik fəaliyyəti ilə bağlı geniş iclas keçirilmişdir.

İclası giriş sözü ilə açan Xırdalan filialının direktoru Elxan Nəcəfov açmış və sonra məruzə etmək üşün sözü Kursun baş direktoru f.ü.f.d. dos. Şəmil Sadiqə vermişdir. Natiq çıxışında magistr hazırlığının uğurla başa çatdığını qeyd etmiş,  bu kurs üzrə dərs keçən müəllimlərə təşəkkür etmişdir. Abituriyent hazırlığı üzrə kursun bundan sonra daha çox intensivləşdirməsini qeyd edən Şəmil Sadiq müəllimlərin keçdiyi dərsdə qarşılarına qoyulmuş məqsədlərin neçə faiz yerinə yetirilməsi ilə əlaqədar statistikaları təqdim etmiş və müzakirə edilmişdir.

Sonra yeni filalın açılması münasibəti ilə  bütün Hədəfçiləri təbrik edərək, filial direktoru təyin edilmiş Famil İsayevi müəllimlərə təqdim etmişdir. Qeyd edək ki, Famil İsayev 4 ildir ki, hədəf kurslarında çalışır, son iki ildə baş direktorun müavini və Coğrafiya fənn rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.

Sonra isə baş direktor Hədəf Kursları MMC-nin nizamnaməsinə uyğun olaraq ildə iki dəfə keçirilən attestasiya haqqında məlumat vermiş iştirak edəcək bütün müəllimlərə uğurlar arzu etmişdir.

Attestasiya imtahanı Hədəf Kurslarında çalışan müəllimlərə və təcrübəçi kimi dərslərdə iştirak edən müəllimlərə aid edilir. İki ildir ki, ənənə halını alan bu attestasiyada iştirak edən müəllimlər nəticəyə uyğun olaraq mükafatlandırılır və müəyyən formalarda cəzalandırılırlar.  İmtahanda yalnız Hədəf Kurslarının filial direktorları, fənn rəhbərləri iştirak etmirlər.

Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.