Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Ölkə üzrə 700 bal toplayan 6 abituriyentdən biri Hədəf Kurslarının məzunu oldu

Ölkə üzrə 700 bal toplayan 6 abituriyentdən biri Hədəf Kurslarının məzunu oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

İmtahanda ölkə üzrə 6 nəfər təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə göstərib.

I ixtisas qrupu üzrə 700 bal toplayan 3 abituriyentdən biri Xırdalan şəhər 5 saylı orta məktəbin və Hədəf Kurslarının builki məzunu Rəvan Nəzərəliyev olmuşdur. Qeyd edək ki, R.Nəzərəliyev bir il müddətində Hədəf Kurslarının Xırdalan filialında təhsil almış və aylıq sınaq imtahanlarında həmişə yüksək nəticə göstərmişdir.

Rəvan Nəzərəliyev2

Kursun mətbuat xidmətindən verilən məlumata görə 700 bal toplayan abituriyentin qardaşı – Nəzərəliyev Nurlan da Hədəf Kurslarının builki məzunudur və qəbul imtahanında 685 bal toplamışdır.

Hər il olduğu kimi bu il də tədris ilinin açılışında Hədəf Kursları Prezident təqaüdünü qazanmış bütün məzunlarını xüsusi hədiyyələrlə mükafatlandıracaq. Rəvan Nəzərəliyevə 700 bal topladığı üçün pul mükafatı da veriləcək.

Rəvan Nəzərəliyev3

Bu gün qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə Hədəf Kurslarında görüş keçirilmişdir. Tədbirdə Rəvan Nəzərəliyev təəssüratlarını bizimlə də paylaşdı:

“Qəbul imtahanında ilk başdan hamı kimi mən də həyəcanlı idim, lakin suallarla tanış olandan sonra bu da həyəcandan əsər-əlamət qalmadı. Məncə suallar çox asan idi. Hədəf Kurslarında sınaqlarda adətən 580-650 bal toplayırdım. İmtahan testlərinin cavablarını əla yazdığımı bilirdim. Amma etiraf edim ki, 700 bal mənim üçün həqiqətən gözlənilməz oldu. Ailəm xəbəri eşidəndə çox sevindi. İndi evimizdə bayram ab-havası var. Fürsətdən istifadə edib orta məktəb müəllimlərimə və ən yüksək nəticəni göstərməyimdə mənə, eləcə də bütün abituriyentlərinə sözün əsl mənasında qollarını geniş açan, hər bir tələbəsi üçün məsuliyyət duyan Hədəf Kurslarının müəllim heyətinə sonsuz minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, imtahanı uğurla vermiş bütün məzunları təbrik edir, II və III qrupa sənəd vermiş abituriyentlərə uğurlar arzu edirəm.”

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx