Oxu Günü – 4 keçirildi!

Aprelin 26-da Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” adlı tədbir keçirilib. “Oxu günü” yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq məqsədi daşıyır.