Pandemiya şəraitində Hədəf kurslarında dərslərin təşkili ilə bağlı 3 tədris imkanı

Hədəf Kursları idarə heyəti pandemiya dönəmində dərslərin necə keçirilməsi ilə bağlı üç variant – Ənənəvi, Hibrid, Onlayn üzərində işləyərək yeni tədris ilinə tam hazırlığı bitirmişdir. Valideynlərin narahatlığını nəzərə alaraq, hazır variantların vacib detallarını ictimaiətlə bölüşürük:

Əgər Operativ Qərargah tərəfindən dərslərin ƏNƏNƏVİ qaydada keçirilməsi qərara alınarsa, biz hazırlıq kursu olaraq aşağıdakı tədbirləri həyata keçirməklə tədrisi təşkil edəcəyik.

Ənənəvi  tədris şəraitində:

 Dərs saatları əvvəlki qaydada qruplar üzrə həftədə 3 günü əhatə etməklə ənənəvi dərs cədvəli üzrə təşkil ediləcək.

  1. Qruplar üzrə abituriyent sayı 1 parta – 1 abituriyent prinsipi ilə təyin ediləcək.
  2. Sıxlığın aradan qaldırılması üçün bütün filiallarımızda səhər növbəsi dərsə gələ bilən abituriyentlər üçün ayrıca qruplar açılacaq.
  3. Sanitar-epidemiyoloji qaydalara daha çox diqqət ediləcək. Yeni tədris ilindən başlayaraq ayda 2 dəfə tədris otaqları və kurs binasının  bütün ərazisi dezinfeksiya ediləcək. Gündəlik olaraq isə bütövlükdə bina xüsusi dezinfeksiyaedici məhlul və vasitələrlə təmizlənəcək.
  4. Girişdə və hər mərtəbənin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdiriləcək.
  5. Binaya giriş:
  • Hər səhər istilik ölçmə cihazları ilə şagirdlərin və müəllimlərin istiliyi ölçüləcək;
  • Qızdırması normadan yüksək olan şagird və ya müəllim qeydə alınarsa, tədbir görülərək evə göndəriləcək;
  • Valideynlər və digər qonaqlar zərürət olmadıqda binaya buraxılmayacaq. Zərürət yarandıqda isə məhdud sayda nəzarət edilməklə binaya girişinə icazə veriləcək;
  • Valideyn-müəllim və valideyn-idarə heyəti görüşləri qonaq otaqlarında, və ya girişdə görüş güşəsində təmin ediləcək.
  1. Hava şəraiti imkan verdiyi təqdirdə, sinif otaqlarının pəncərələri açıq saxlanılacaq, havalanmaya diqqət ediləcək.
  2. Məktəbin xüsusi güşələrində, siniflərdə maarifləndirici posterlər asılacaq, bina daxilində hərkəsin maskadan istifadə etməsinə nəzarət ediləcək.

Hibrid  tədris şəraitində:

QEYD: Hibrid təhsil tədris prosesinin həftənin müəyyən günləri kursda, müəyyən günləri isə onlayn şəkildə qurulması kimi başa düşülməlidir. Bu halda:

  1. Qruplar üzrə dərs cədvəlində mövzu izahı, tapşırıqların yoxlanılması və frontal sual-cavab saatları təyin ediləcək. Mövzu izahları saatları kursda, tapşırıqların yoxlanması və frontal sual-cavab saatları isə onlayn olmaqla tədris ediləcək.
  2. Abituriyentlər üçün təşkil ediləcək əlavə dərslər onlayn olmaqla təmin ediləcək.

 

Abituriyentlərin dərs cədvəli üzrə kursda olduğu müddətdə aşağıdakı tədbirlər təmin ediləcək:

  1. Qruplar üzrə abituriyent sayı 1 parta – 1 abituriyent prinsipi ilə təyin ediləcək.
  2. Sıxlığın aradan qaldırılması üçün bütün filiallarımızda səhər növbəsi dərsə gələ bilən abituriyentlər üçün qruplar açılacaq.
  3. Sanitar-epidemiyoloji qaydalara daha çox diqqət ediləcək, yeni tədris ilindən başlayaraq ayda 2 dəfə tədris otaqları və kurs binasının  bütün ərazisi dezinfeksiya ediləcək. Gündəlik olaraq isə bütövlükdə bina xüsusi dezinfeksiyaedici məhlul və vasitələrlə təmizlənəcək.
  4. Girişdə və hər mərtəbənin dəhlizində əllərin gigiyenası üçün dezinfeksiya məhlulları olan qablar yerləşdiriləcək.
  5. Binaya girişdə:
  • hər səhər istilik ölçmə cihazları ilə şagirdlərin və müəllimlərin hərarəti yoxlanılacaq;
  • qızdırması normadan yüksək olan şagird və ya müəllim qeydə alınarsa, tədbir görülərək evə göndəriləcək;
  • valideynlər və digər qonaqlar zərürət olmadıqda binaya buraxılmayacaq. Zərürət yarandıqda isə məhdud sayda nəzarət edilməklə binaya girişinə icazə veriləcək.
  • valideyn-müəllim və valideyn-idarə heyəti görüşləri qonaq otaqlarında, və ya girişdə görüş güşəsində təmin ediləcək.
  1. Hava şəraiti imkan verdiyi təqdirdə, sinif otaqlarının pəncərələri açıq saxlanılacaq, havalanmaya diqqət ediləcək.
  2. Məktəbin xüsusi güşələrində, siniflərdə maarifləndirici posterlər asılacaq, bina daxilində hərkəsin maskadan istifadə etməsinə nəzarət ediləcək.
  3. Onlayn dərslərdən əlavə abituriyentlər müəllimlər tərəfindən elektron poçt ünvanlarına göndərilməklə qısa dərs icmalları və test tapşırıqları ilə təmin ediləcək.

Hər ayın sonunda abituriyentlər üçün Microsoft Teams tətbiqi üzərindən onlayn sınaq imtahanları təşkil ediləcək.

Onlayn tədris şəraitində:

 Tədris prosesinin yalnız onlayn şəkildə keçirilməsi zərürəti yaranarsa, Hədəf kurslarında dərslərin təşkili Microsoft Teams və ya Zoom tətbiqləri üzərindən təmin ediləcək.

  1. Fənlər üzrə dərs saatları ənənəvi tədris forması üçün qurulan dərs cədvəlinə uyğun olacaq.
  2. Hədəf Kurslarının filiallar üzrə təyin edilmiş məsul şəxsləri dərsin keyfiyyətinə nəzarət etmək üçün onlayn dərslərə qoşulacaq. Həmin məsul şəxslər onlayn dərslərə, əsasən, aşağıdakı məqamlarla bağlı nəzarət edəcəklər:
  • Dərslərin qrafikə uyğun və keyfiyyətli təşkili;
  • Abituriyentlərin dərslərdə iştirakı və davamiyyətin yoxlanılması;
  • Abituriyentlərin nizam-intizam qaydalarına riayət etmələri;
  • Onlayn dərs zamanı abituriyentlərin görüntünü açıq saxlamaları.
  1. Hər iki distant platforma üzərindən keçirilən dərslər video şəklində yadda saxlanılacaq və ehtiyac yaranacağı halda abituriyentlərin təkrar istifadəsi üçün proqrama yüklənəcək.
  2. Onlayn dərslərdən əlavə abituriyentlər müəllimlər tərəfindən elektron poçt ünvanlarına göndərilməklə qısa dərs icmalları və test tapşırıqları ilə təmin ediləcək.
  3. Hər ayın sonunda abituriyentlər üçün Microsoft Teams tətbiqi üzərindən onlayn sınaq imtahanları təşkil ediləcək.