Qəbul imtahanımız haqqında

qebulimtahani201615 May 2016-cı ildə Hədəf Kurslarına abituriyent  qəbulu imtahanı keçiriləcəkdir.

Qəbul imtahanında  8, 9 və 10-cu siniflər iştirak edə biləcək. İmtahan  Azərbaycan və rus bölmələri olmaqla bütün ixtisas qruplarını əhatə edir.  İmtahan  suallarının modeli və mövzusu TQDK-nın standartlarına tam uyğundur.  Hədəf Kursları təhsildə olan yenilikləri daima izləyir və tətbiq edir. Builki yeniliklərdən biri də 8-ci siniflər üçün sualların  kurikulum dərslikləri əsasında hazırlanmasıdır. 9 və 10-cu siniflər üçün isə test tapşırıqları ənənəvi tədris proqramına uyğun hazırlanacaq.

2016-2017-ci tədris ili üçün Qəbul kampaniyası zamanı edilən güzəştlər daha da çoxaldılıb. 25+ kampaniyası ilə daha çox abituriyent güzəşt əldə edə biləcək:

25 nəfərə ödənişsiz  təhsil

25 nəfərə 50% güzəşt

25 nəfərə 30% güzəşt

25 nəfərə 20 % güzəşt

İlk 100-lük 10% güzəşt

İştirakçı olmaq istəyən abituriyentlər filiallarımızdan imtahana buraxılış vərəqi əldə edə bilər.

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 10 may 2016-cı ildir.

Kursumuz  haqqında qısa məlumat:

8 ildir fəaliyyət göstərən Hədəf  Kursları ildən-ilə uğurlarını artırmış və peşəkarlıq nümayiş etdirərək  şagirdlərin və valideynlərin inamını qazana bilmişdir.  Dərslərimiz TQDK-nın qəbul proqramı əsasında hazırlanmış xüsusi tədrsi proqramları ilə keçirilir. 8, 9 və 10-cu siniflər üçün həftədə 15 saat, 11-ci siniflərin şagirdləri və məzunlar üçün isə həftədə 18 saat dərs tədris olunur. Tədris müddəti ərzində abituriyentlərimiz Hədəf Nəşrləri tərəfindən nəşr edilmiş dərs vəsitləri ilə təmin olunur. Keçirilən dərslərə paralel olaraq hər ay sınaq qiymətləndirmə imtahanları (MQT, UQT) keçirilir ki, bununla da şagirdin biliyini düzgün qiymətləndirmək mümkün olur. Hədəf Kurslarının müəllim heyəti üç pilləli müəllim qəbulu imtahanı ilə formalaşdırılır. Bütün mərhələlərdən uğurla keçən müəllimlər sinif otaqlarında şagirdlərə təkcə  fənn tədrisini deyil, həm də imtahan vərdişləri və psixoli hazırlıq bacarıqlarını da mənimsədirlər.

Hal-hazırda Hədəf Kurslarında abituriyent hazırlığından başqa, məktəbəqədər, magistr, müəllim hazırlığı, dövlət qulluğu və gömrük hazırlığı da fəaliyyət göstərir. Bütün sahələrdə peşəkar müəllimlərə üstünlük verilir.