Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - Qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edilmişdir.

Qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edilmişdir.

Qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə “Təsviri sənət”, “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Memarlıq və dizayn”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlər nəşr edilmişdir.

Vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar verilmişdir. Vəsaitləri TQDK-nın satış köşkündən və internet vasitəsi ilə əldə edə bilərsiniz.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~wvHVI
Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx