Hədəf Kurslarında Riyaziyyat müəllimlərinin iclası keçirildi

Sentyabrın 7-də Hədəf Kurslarının Yasamal filialında Riyaziyyat fənni üzrə fənn rəhbərlərinin və müəllimlərin iclası keçirilib.

İclası giriş sözü ilə Təhsil və Tədris işləri üzrə direktor Elxan Nəcəfov açıb. O, Hədəf Kurslarının builki tədris proqramı ilə bağlı tədbir iştirakçılarına ümumi məlumat verib.

Daha sonra dərslərin təşkili və tədris proqramları geniş müzakirə edilib.