Şəmil Sadiq: “Yeni kitabımın çox hissəsini poeziya həvəskarlarına hədiyyə etməyi planlaşdırıram.”

Hədəf Nəşrləri “XAN” bədii ədəbiyyat silsiləsindən tanınmış filoloq-alim, yazıçı-publisist Şəmil Sadiqin yeni kitabını çap etdirir. “Bu türk daha o türk deyil”adlanan şeirlər kitabında müəllifin “Qəlbin fəryadı” və “Qana qan qarışdı” kitablarında olan şeirlərdən seçmələr və yeni şeirləri öz əksini tapmışdır. İctimai mövzulu şeirlərə üstünlük verilsə də, sevgi və satirik mövzu da şeirlər kitabını rəngarəng edir.

Kitabın naşiri yazıçı Müşfiq XAN`dır.