Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirilib

Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) aprelin 3-də 2015/2016-cı tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib.

Seminar-məşğələni giriş sözü ilə açan TQDK-nın sektor müdiri Hidayət Zeynalov ərizə qəbulu ilə bağlı geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, I, II, III və IV ixtisas qrupları üzrə builki qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 1-dən 30-dək internet vasitəsilə elektron ərizələrini doldurur və ərizələrini SQK-da təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədləri aprelin 7-dən 30-dək müvafiq SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirirlər. V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim etmək istəyən abituriyentlər isə ərizələrinin təsdiqini mayın 5-dən 18-dək təmin etməlidirlər.

Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilmişdir.
Daha sonra Komissiyanın sektor müdiri İlqar Allahverdiyev SQK üzvlərinə “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə geniş məlumat verib.

Qeyd edək ki, cari ildə ərizələrini SQK-da təsdiq etdirməli olan abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 32 SQK təşkil olunub.

 

Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~kval8
Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx