Sabah (16 iyun) Hədəf Kursları müəllimlərin işə qəbul imtahanı keçirəcək

1500-dən çox müəllim bu müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçmişdir.

 Qeyd edək ki, bu imtahan 2013/2014 tədris ili üçün Hədəf Kurslarının filialları üzrə vakansiyalar üzrə nəzərdə tutulmuşdur. Müsabiqə həm Azərbaycan, həm də rus bölmələri üzrə aparılır. İyun ayının 10-a qədər qeydiyyatdan keçən müəllimlərin sayı Azərbaycan dili və ədəbiyyat (252), riyaziyyat (141), fizika (68), kimya (65), coğrafiya (95), biologiya (57), tarix (167), ingilis dili (212), rus dili (34), informatika (47) və məntiq (16) fənləri üzrə ümumilikdə 1154-dən çox olmuşdur.

İmtahan nəticələri bir həftə sonra elan olunacaq. Müsabiqədə iştirak edən müəllimlər nəticələrini kursdan qəbul edə bilər. İmtahan komissiyasından bildirilib ki, hər fənn üzrə ən yüksək bal toplayan ilk 20 nəfər ikinci tura çağırılacaq.