Buradasınız: Ana səhifə - BƏDİİ LÖVHƏ - Şagirdimin rəsm dəftəri

Şagirdimin rəsm dəftəri

Bir gün şagirdimin rəsm dəftərin,
Partadan götürüb vərəqlədim mən.
Birinci səhifə…
İgid bir əsgərin qolsuz bədəni,
Qızarmışdı qandan,onun kəfəni…
Kədərləndim mən…

Ikinci səhifə…
Burada çəkdiyi qaranlıq gecə,
Gecədə görsənir qanlı bir küçə,
Millətə verilib ağır işgəncə…
Qəhərləndim mən…

Üçüncü səhifə…
Bir günəş çəkilib işığı sönmüş.
Dördüncü səhifə…
Bir ana ağlayır balası ölmüş.
Qəzəbdən gözləri atəşə dönmüş.
Dinəmmədim mən…

Beşinci səhifə…
Yaşıl çəmənlikdə bomba partlamış,
Qırmızı lalə də qana boyanmış.
Altıncı səhifə…

***
Onuncu səhifə…
Artıq dözəmmədim mən.
Qaldırıb ayağa soruşdum ondan:
- A məsum bala…
Söylə nə görmüsən dəhşəti qandan?
Niyə çəkməyirsən güldən, bahardan?
Günəşdən, şəfəqdən, xoş ruzigardan?
Insana zövq verən gözəl həyatdan?
Söylədi şagirdim:
- Axı müəllim…
-Elimdə güldən çox qan görürəm mən,
Vəhşilik əkibdir yurduma düşmən.
Mən necə danışım güldən, çiçəkdən?
Şəhidlərin ruhu küsməzmi bizdən?
O vaxt çəkərəm ki, nurlu bir şəkil,
Haqq şər üzərində qələbə çalsın,
Gülsün torpağımız, gülsün daşımız,
Elimiz qisası düşməndən alsın!
Bəşəri bayrağım Qarabağımda,
Bülbüllər yetirən gözəl Şuşamda
Hey dalğalansın,
Nigaran gözləyən Şəhid ruhları
Göyə ucalsın!

əllif: Şəmil Sadiq

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx