Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Şagirdlər müəllimlərə qiymət verdilər!

Şagirdlər müəllimlərə qiymət verdilər!

IMG_8879

2008-ci ildən fəaliyyət göstərən Hədəf Kursları MMC hər il noyabr-dekabr aylarında şagirdlər arasında anonim sorğu aparır. Sorğunun məqsədi Hədəf Kurslarındakı tədrisin və idarəçiliyin daha da təkmilləşməsinə xidmət etməkdir. Valideynlərin də maraqla qarşıladığı bu sorğuda kursda təhsil alan şagirdlər müəllimləri müxtəlif parametrlərinə görə 5 ballıq sistemlə qiymətləndirir, irad və təkliflərini qeyd edirlər. Sorğunun demokratikliyini qorumaq üçün sorğu Baş direktor tərəfindən şəxsən aparılır, nəticələr toplanandan sonra aidiyyatı şəxslərə şagirdlər tərəfindən qaldırılmış məsələlərin yerinə yetirilməsi tapşırılır.

Bu il də ənənəyə sadiq qalan rəhbərlik Hədəf Kurslarının Baş direktoru f.ü.f.d.dos, Şəmil Sadiq bütün filialları gəzərək onlarla görüşmüş, anketin əhəmiyyətindən danışmış, sorğunu cavablandırmalarını istəmişdir.

Məhz bu cür sorğuların şagirdlərin özgüvənini artırmasına, qiymətləndirmə bacarıqlarının formalaşmasına, demokratik ab-havanın yaradılmasına xidmət etdiyini deyən f.ü.f.d.dos, Şəmil Sadiq bu il də maraqlı təkliflərin gəldiyini, şagirdlərin ildən-ilə bu tip sorğularda aktiv iştirak etdiyini vurğulamışdır.

Nəzərinizə çatdıraq ki, nəticələr dekabrın 11-də Hədəf Kurslarının idarə heyətinin iclasında müzakirə ediləcəkdir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx