Buradasınız: Ana səhifə - HƏDƏF NƏŞRLƏRİ - Sağlamlığınızı düşünün, saxta kitablar almayın!

Sağlamlığınızı düşünün, saxta kitablar almayın!

yenmek

Bəzi kitab mağazalarında Hədəf Nəşrlərinin məktəbəqədərlər üçün olan göstərdiyimiz vəsaitlərinin – “Oxuyaq, yazaq” və “Riyaziyyat” kitablarının çox keyfiyyətsiz pirat çaplarının olduğu haqqında məlumatlar almışıq. Oxucularımızı – bu nəşrləri övladları üçün eyni qiymətə alan valideynlərimizi əmin edirik ki, həmin kitablar bizim nəşriyyat tərəfindən çap edilməmişdir və satışa da qeyri-qanuni çıxarılmışdır.
Bu halın qarşısını almaq üçün hazırda satışda olan həmin kitablarımızın üz qapaqlarını dəyişdirib yenidən çapa göndərmişik. Bir həftə sonra yeni üz qapaqları ilə orjinal kitabları daha rahat fərqləndirə biləcəksiniz. Şəkildən gördüyünüz kimi köhnə və yeni üz qapaqları arasında həm rəng, həm də bir sıra elementlər fərqi vardır. Bundan başqa yeni üz qapağında “Sağlamlığınızı düşünün, saxta kitablar almayın!” bildirişi qeyd olunmuşdur.
Qeyd: Əgər yaxın günlərdə, yəni, yeni üz qapaqları çap olunana qədər orjinal kitabı əldə etmək və saxta nəşrləri satan mağazalara aldanmaq istəmirsinizsə kitabın üzərində orjinallığı əks etdirən parlaq seçmə laka diqqət etməyiniz vacibdir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx