Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - San Dieqo Dövlət Universitetinin professoru Halil Güven “Hədəf” kurslarında seminar keçdi.

San Dieqo Dövlət Universitetinin professoru Halil Güven “Hədəf” kurslarında seminar keçdi.

IMG_3954San Dieqo Dövlət Universitetinin Gürcüstan üzrə nümayəndəsi Prof.Dr. Güven   “Hədəf” Kurslarında olub. İlk öncə “Hədəf” kurslarının direktoru Şəmil Sadiq ilə görüşən Halil Güven, daha sonra kurs ilə yaxından tanış olub. O, dəvətdən böyük məmnunluk hissi keçirdiyini bildirib: “İlk öncə məni bura dəvət etdiyiniz üçün təşəkkürlərimi bildirirəm. Kursunuzu gəzdim və çox bəyəndim. Ümid edirəm ki, burada təhsil alan hər bir şagird yüksək nəticə əldə edəcək”.

Daha sonra Halil Güven kursun müəllim və şagird heyəti üçün “Liderlik” mövzusunda  seminar verib. O, seminar iştirakçılarını uğur qazanmağın yolları barəsində məlumatlandırıb.  Bununla yanaşı San Diego Dövlət Universitetinin “STEM” adlı proqramı barəsində məlumat verib.

Sual-cavab şəklində keçən görüşün sonunda Halil Güvün mətbuata danışıb. O, Bakını çox bəyəndiyini bildirib: “Bakıya gəlməyimdə məqsəd təhsildir. San Dieqo Dövlət Universitetinin müəllimiyəm. Bu il Gürcüstanda ilk dəfə Mühəndislik ixtisası üzrə tələbə qəbulu elan etmişik. Burada gürcü tələbələrlə yanaşı yüzə yaxın qonşu dövlətlərdən tələbələr qəbul ediləcək.  Təhsil yarmarkasına qatılacağam və universitetimizi şagirdlərə tanıdacağam. Bizə müraciət etmək istəyən şagirdlərin orta təhsil qiymətləri yüksək olmalıdır və ingilis dilini bilməlidirlər. Bunu demək istərdim ki, Bakını maşınla gəzdim. Çox gözəl bir şəhəriniz var. Bakını çox sevdim”.

Qeyd edək ki, Prof. Dr. Halil Güven 1956-cı ildə Kiprdə anadan olub. Boğaziçi Universitetinin “Mühəndislik” fakültəsini bitirdikdən sonra Missipi Universitetində magistr təhsili alıb. Hyuston Universitetində doktorantura təhsili aldıqdan sonra 1999-2003-cü illərdə Baxçaşəhər Universitetində, 2003-2007-ci illər arasında isə Doğu Akdeniz Universitetində, 2009-2011-ci illərdə isə İstanbul Bilgi Universitetində rektor kimi çalışıb. Bu sahədə biliklərini inkişaf etdirmək üçün Harvard Universitetində “Rektorluq” ixtisası üzrə təhsil alıb. İngilis, ispan və yunan dillərini bilir.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx