Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Şimali Kiprdə ali təhsil almaq istəyən gənclərə mükəmməl şans!

Şimali Kiprdə ali təhsil almaq istəyən gənclərə mükəmməl şans!

Azərbaycan – Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Girnə Amerikan Universiteti (GAU) bakalavr və magistr dərəcəsinə sahiblənmək üçün əvəzssiz şans elan edib. Universitet (GAU) ödənişsiz olaraq bakalavr və magistr təhsili almaq istəyənlər üçün Bakıda təqaüd imtahan proqramı həyata keçirəcək. “Dünyaya açılan beynəlxalq karyera qapısı” devizi altında reallaşacaq təqaüd imtahan proqramı avqust ayında paytaxt Bakıda olacaq. Qeyd edək ki, diplomu dünyanın dörd yanında tanınan və hər sahə üzrə mütəxəssis hazırlığında öndə olan Girnə Amerikan Universiteti 1985-ci ildən fəaliyyət göstərir. Təhsil ocağının Vaşiqton, İngiltərə, İstanbul, Hon Konq da daxil olmaqla bir sıra böyük şəhərlərdə kampusları mövcuddur.

Qeyd edək ki.  Hədəf Kursları və Global Carrier İnstutute arasındakı müqaviləyə əsasən GAU universitetinə qəbul imtahanı Hədəfin bütün filiallarında aparılacaq.İmtahan 5 Avqust 11:00-da Hədəf Kursları Azadlıq filialında keçiriləcək.

Ətraflı : 012-599-83-16 .

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx