Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Sinqapur təhsil sistemi : Uğura gedən yol

Sinqapur təhsil sistemi : Uğura gedən yol

Teenagers Studying 179e3c sinqapur_1_1431513360

 

Necə oldu ki, Sinqapur 40 il ərzində  Üçüncü Dünya ölkəsindən Birinci Dünya ölkəsinə keçid etdi  və təhsil burada necə rol oynadı ?

“Biz özümüzü kəskin rəqabət və daim artmaqda olan dəyişiklik  dolu gələcəyə hazır etməliyik.”

GohChok Tong,  BaşNazir, Sinqapur, 1997

Sinqapur təhsil sisteminin əsas məqsədi şagirdləri həyatın hər bir anında lazım ola biləcək təhsillə təmin etməkdir.  İkitərəfli siyasət (multi-kultural və çox millətli) Sinqapur təhsil sisteminin əsas xüsusiyyətidir. İkitərəfli siyasət nəticəsində hər bir tələbə beynəlxalq dil olan ingilis dilini öyrənir. Şagirdlər həmçinin öz etnik kimliyini, mədəniyyətini, milli və mədəni dəyərlərini bilmək üçün öz ana dilləri olan çin, malay və ya tamil dillərini də öyrənirlər.

Bu təhsil sisteminin əsas tələbi şagirdləri 8 əsas bacarıq vasitəsilə hərtərəfli şəxsiyyət kimi – əxlaqi, mənəvi, intellektual, fiziki və estetik cəhətdən yetişdirməkdir.

8 əsas bacarıq aşağıdakılardır :

  1. Xarakterin inkişafı
  2. Özünü idarə bacarığı
  3. Sosial və əməkdaşlıq bacarığı
  4. Oxuma-yazma və riyazi bacarıqlar
  5. Ünsiyyət bacarığı
  6. Məlumat əldə etmə bacarığı
  7. Düşünmə qabiliyyəti və yaradıcılıq
  8. Biliyi tətbiqetmə bacarığı

Ehtimal olunur ki, ibtidai  və orta məktəb proqramının sonunda bu bacarıqlar tam şəkildə şagirdlər tərəfindən qavranılmış olacaqdır.

Sinqapurda hər bir şagirdin ən az 10 il təhsil almaq imkanı var. Bu, 6 illik ibtidai təhsildən və 4 illik orta təhsildən ibarətdir. Şəgirdlər ibtidai və orta təhsilin sonunda imtahan verməlidirlər. Orta təhsildən sonra şagirdlərin öz seçimlərinə uyğun şəkildə təhsillərini davam etdirmək imkanları var.

 

Sinqapur təhsil sistemində təhsilin arzu edilən nəticələri aşağıdakılardır :

 

 Şagirdlər ibtidai təhsilin sonunda   Şagirdlər orta təhsilin sonunda  Şagirdlər universitetdən əvvəlki pillənin sonunda 
doğrunu yanlışdan ayıra bilir Şəxsiyyət kimi düzgün xarakterə malik olurlar Dayanıqlı və cəsarətli olurlar
paylaşmağıvə digərlərini ön plana qoymağı öyrənmiş olur başqalarına qayğıvə kömək göstərirlər Cəmiyyətə qarşı məsuliyyətlilik hissi olur
başqaları ilə dostluq əlaqələri qurmağı bacarır komanda ilə işləyə bilir, cəmiyyətə töhfə verə bilirlər Başqalarını necə ruhlandırmağı və motivasiya etməyi dərk edirlər
Onlarda digər şeylər haqqında maraq yaranır yenilikçi olurlar yenilikçivə yaradıcı olurlar
düşünməyivə özlərini ifadə etməyi bacarırlar Növbəti pillədə alacaqları təhsil üçün yaxşı bazaya sahib olurlar müstəqil və yaradıcı düşünə bilirlər
gördükləri işlərlə fəxr edirlər öz bacarıqlarınainanırlar mükəmməllik uğrunda mübarizə aparırlar
sağlam vərdişlərə sahib olurlar estetik zövqə sahib olurlar Yaşama  səbəbləri olur
Sinqapuru sevirlər Sinqapuru tanıyır və onainanırlar Artıq Sinqapuru necə idarə etməyin yolunu başa düşürlər

 

Sinqapurda özəl təhsil

Bəzi valideynlər övladlarını məktəbdən sonra özəl təhsil almasını istəyir ki, bu da Sinqapurda gəlirli sahəyə çevrilmişdir.

2008-ci ildə aparılan sorğuda məlum olmuşdur ki, hər 100 şagirddən yalnız 3-ü özəl təhsil almır.2010-cu ilin statistikasına əsasən Sinqapurda 540 tədris mərkəzi özəl təhsil təklif edir.Artan tələbata görə tədris mərkəzləri xidmətlərinə görə olduqca yüksək xidmət haqqı alırlar.Məsələn, 2005-ci ildə bu sahədən alınan gəlir $110.6 milyon olmuşdur.Ölkədə geniş şəkildə yayılmasına baxmayaraq, özəl təhsil məsələsi Sinqapurda ixlilaflı məsələlərdəndir.

Bəzi valideynlər övladlarını fərdi müəllim yanına göndərir, çünki onlar qorxur ki, övladları sinifdə digərlərindən geri qalar və ya çünki ola bilərki, müəllim sillabusda verilən dərsləri dərs müddətində tam şəkildə əhatə etməz. Müəllimlər və məktəblər zəif şagirdləri fərdi müəllim dəstəyi almaq üçün ruhlandırır, lakin Təhsil Nazirliyinin bu məsələdə mövqeyi belədir:“ Müəllimlər şagirdlərə özəl dərsi tövsiyə etməməlidirlər.”

Digər tərəfdən,bəziləri özəl təhsilin uşaqların dərs müddətində fikirlərini yayındırdığını (çünki şagirdlər fikirləşirki, indi dərsə qulaq asmasa özəl dərs aldıqda müəllim bu dərsi yenidən izah edəcək)deyərək bunu tənqid edir.

Bəzi tədris mərkəzləri şagirdlərin məktəbdəki ev tapşırıqlarını da edirki, bu da uşaqları sərbəst düşünmə qabiliyyətindən məhrumedir. Bir qism insanların fikrinə görə isə, özəl təhsil şagirdlərin boş vaxtını istismar edir.Təhsil haqqının olduqca yüksək olduğunu nəzərə alaraq deyə bilərik ki, aztəminatlı ailələr öz övladlarını fərdi müəllim yanına göndərə bilmir.

Rəsmi hökumətin isə bu məsələ ilə bağlı mövqeyi belədir : “Aydındır ki, valideynlər övladları üçün hər şeyin ən yaxşısını istəyir və özəl dərs alıb almamaq onların öz şəxsi məsələləridir. ”

Tərcümə : Afaq Abdullayeva.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx