Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Sumqayıt filialında ilk valideyn iclası

Sumqayıt filialında ilk valideyn iclası

27 oktyabr 2013 – cü il tarixində Hədəf Kurslarının Sumqayıt filialında 2013 – 2014 – cü ilin ilk valideyn iclası keçirildi. İclası giriş sözü ilə Sumqayıt filialının direktoru Famil İsayev açdı. İclasda 40 – dan artıq valideyn iştirak edirdi. Famil İsayev valideynləri salamladı, eləcə də Hədəf Kurslarının Sumqayıt filialının müəllim və işçi heyətini təqdim etdi. Daha sonra isə natiq valideyn iclasının önəmindən mövzu başlıqları ilə danışdı. Abituriyentin uğurunda valideynlərin rolu ilə bağlı məlumat verdi. Uğurların çox olması üçün tədris, təlim və tərbiyyənin qırılmaz əlaqədə olması, güclü nizam – intizamın və dərs davamiyyətinin, eləcə də Kurs – Valideyn – Şagird üçbücağının möhkəm olmasının vacibliyindən danışdı.  “Hər bir valideyn ən azı 2 həftədə 1 dəfə olmaqla, övladının dərsi ilə müəllimlərlə görüşməklə maraqlanmalıdır” fikrini səsləndirdi. Uğur faizi qismən də olsa, aşağı olan şagirdlərin yüksək səviyyədə olan bəzi sosial qabiliyyətlərinin inkişaf etdirilməsinin üsul və qaydaları barədə məlumat verdi. Famil İsayev Hədəf Kurslarının 2012 – 2013 – cü tədris ilindəki uğurlarından da danişmaqla, şagirdlərin MQT -1 imtahanında topladıqları ballarla müqayisəli təhlilini də valideynlərin diqqətinə çatdırdı. Həmçinin MQT – 1 imtahanında IV ixtisas qrupunda ümumi Hədəf Kurslarının lideri Günay Zamanlının valideyni Aygün Zamanovanı təbrik etdi. Daha sonra isə Hədəf Kurslarının Sumqayıt filialının tarix müəllimi Şakir Hüseynov öz növbəsində valideynləri salamladı, filialın təxminən 1 ay ərazində şagirdlərlə keçdiyi uğurlu yollardan danışdı. Nəticəsi yüksək olan şagirdlərin valideynlərini təbrik etdi. Nəticəsi az olan şagirdlərin isə uğur qazanacağına inandığını söylədi. Söhbəti daha sonra isə ixtisas qruplarına uyğun olaraq 9 – 10 və 11 – ci siniflərin Azərbaycan və Rus bölmələrinin müəllimləri şagirdlərin MQT – 1 imtahanında topladıqları balları analiz etməklə davam etdirdilər. Təxminən 4 saat davam edən iclasın sonunda valideynlər Hədəf Kurslarının rəhbərliyinə təşəkkür etdilər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx