Təhsil Nazirliyinin müəllim qəbul imtahanına hazırlıq kursları

 

Azərbaycan təhsilində daima öz yenilikləri ilə fərqlənən Hədəf Kursları bu ilin aprel ayından yeni kursa start verir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçiridiyi müəllim qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq gənclərimizin bu imtahana daha yaxşı hazırlaşması üçün 4 aylıq kurslar təşkil ediləcək.  Həftədə 8 saatlıq dərs proqramına bütün fənlər: ixtisas, kurikulum və məntiq dərsləri daxildir.

  • Hər üç dərsi keçəcək pedaqoqlar sahəsinin ən peşəkarlarıdır. Beynəlxalq və milli məsləhətçilərin seminarlarını keçmiş kurikulum təlimçiləri təhsilə yeni yanaşmanın sirlərini dinləliyicilərə ustalıqla öyrədəcəklər.
  • Kursları bitirən müəllimlər kursun sertifikatını almaq üçün verəcəcəkləri imtahanda yetərli bal toplayaraq Hədəf Kurslarında da müəllim kimi işə dəvət ediləcəklər.

Ondan çox hazırlıq kurslarına müəllim qəbulunu həyata keçirən Hədəf Kurslarının müəllim qəbulu imtahanına hər il 1000-dən çox insan müraciət edir. Seçilmiş müəllimlər avqust ayında Hədəf Pedaqoji seminarını keçəndən sonra müvafiq dərslərlə təmin edilirlər.