Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Tədris mərkəzimizdə I yarımil üzrə iclas keçirildi

Tədris mərkəzimizdə I yarımil üzrə iclas keçirildi

22222 IMG_9704 IMG_972511 yanvar 2015-ci il tarixində Hədəf Tədris Mərkəzinin Baş ofisində Hədəf və İstiqlal Tədris Mərkəzinin Azərbaycan dili və Ədəbiyyat, Coğrafiya, İngilis-dili, Rus dili və Fizika fənləri üzrə I yarımilə aid ayrı-ayrılıqda  görüşü keçirilmişdir. Hədəf Tədris Mərkəzinin Baş direktoru f.ü.f.d. dosent Şəmil Sadiq iclas iştirakçıları ilə yarımil üzrə dərs prosesindəki işləri analiz etmiş və növbəti planlarla bağlı məlumat vermişdir. İclasın sonunda Baş direktor tərəfindən bütün müəllimlərə ixtisaslarına uyğun olaraq, İcraçı direktor Emin Sadıqovun təşkilatçılığı ilə Hədəf Nəşrləri olan dərs vəsaitləri və kitabevim.az mağazasının güzəşt kartı hədiyyə edildi. Hədəf Nəşrlərinin yenidən işlənilməsi, yeni tədris qaydaları ilə bağlı yeniliklərin vəsaitlərə tətbiq edilməsi, sınaq imtahanlarının keyfiyyətinin artırılması ilə bağlı müzakirələr aparıldı.  Sosial  və Beynəlxalq əlaqələr üzrə direktor t. ü.f.d  Elvin Əliyev keçirilən layihələr və digər təşkilatlarla bağlı əlaqələr baxımından qarşıda duran vəzifələrlə əlaqədar məlumat verdi. Hədəf Tədris Mərkəzinin Təhsil-tədris işləri üzrə direktoru Elxan Nəcəfov isə iclas iştirakçılarına dərs proqramları, TQDK-nın qəbul qaydalarındakı yeniliklər və yeni imtahan növləri ilə bağlı çıxış etdi. Dərs prosesində keyfiyyətin artırılması ilə bağlı təkliflər dinlənildi və suallar cavablandırıldı. İclasda həmçinin ədəbiyyat fənn rəhbəri Məhəmməd Xankişiyev, Coğrafiya fənn rəhbəri Famil İsayev, İngilis dili fənn rəhbəri Elnur Axundov, Rus dili fənn rəhbəri Zöhrə Cəfərova, Fizika fənn rəhbəri Anar Allahverdiyev öz fənlərinə aid cari vəziyyət haqda məlumat verdilər. 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx