Tanınmış psixoloq Könül Telmanqızı abituriyentlərə imtahan öncəsi seminar keçdi

Məşhur psixoloq Könül Telmanqızının təqdimatında Hədəf Kurslarının Əhmədli filialında abituriyentlər üçün imtahan öncəsi seminar keçirilib.

Seminarda abituriyentlərdə imtahan öncəsi stress, həyəcan amili və bununla mübarizə üsulları müzakirə edilib.

Könül Telmanqızı şagirdlərə tövsiyələr verib, onların yaşadıqları çətinliklərlə bağlı çıxış yollarını təqdim edib.

O, abituriyentlərin suallarını cavablandırıb.

Seminar aşağıdakı başlıqları əhatə edib:

Düşüncə bir enerjidir.Düşüncə tərzinizi neqativə yox,pozitivə doğru seçərsəniz həyat yolunda addımladıqda istəyinizə də tez bir zamanda çatacaqsınız.

Öz dünyanızın gücü və mərkəzi sizsiz. Nəyi düşünməyi seçərsinizsə qarşınıza o çıxacaqdır.

Əziz abituryentlər, əgər həqiqətən də bir şey edə biləcəyinizə inansanız, beyniniz bunun üçün yeni yollar kəşf edəcək.