Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Texnikumlara hazırlaşanların nəzərinə

Texnikumlara hazırlaşanların nəzərinə

Hədəf kurslarında texnikuma hazırlaşan şagirdlərin qeydiyyatı davam edir. Noyabr ayının 1-dən etibarən bütün filiallarda dərslər başlayır. Qeyd edək ki, bu qruplar əsas təhsil bazası üzrə (9 illik, şəhadətnamə ilə) qəbul olunur. Kursa qəbul kursdaxili imtahanlarla aparılır.

Texnikumlara hazırlıq qruplarının kurs müddəti 10 aydır. Dərslər 8-10 nəfərlik qruplarda aparılır. Həftə ərzində 3 dərs Azərbaycan dili, 3 dərs Azərbaycan tarixi və 3 dərs riyaziyyat tədris olunur. Dərs vəsaitləri və test bankları (Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyat) kursumuz tərəfindən verilir. Qruplarda hazırlaşan şagirdlərimiz aylıq sınaq imtahanı verirlər. Aylıq sınaq imtahanlarından əlavə həftə sonunda kursdaxili Dərsi Qiymətləndirmə Testləri (DQT) aparılır. Bu qısamüddətli imtahan olub həftə ərzində keçilən mövzuları əhatə edir.

Kursumuzun təcrübəli müəllimləri qəbul imtahanından sonra ixtisas seçimində sizə bilavasitə yardımçı olacaqdır.

                                     Dərs saatları

Dərslər Həftəlik dərs saatı
 Azərbaycan dili 3 saat
Tarix 3 saat
Riyaziyyat 3 saat
Cəm 10 saat
MQT 12 dəfə

 

 

 

 

 

Artıq 4 ildir ki, kursumuzda əsas təhsil bazası üzrə texnikumlara hazırlıq qrupları fəaliyyət göstərir. Qeyd edək Hədəf Kurslarının texnikum istiqaməti üzrə ilk məzunları 2009-cu ildə olmuşdur. Həmin il uğur faizimiz 100%, 2010-cu ildə 93%, 2011-ci ildə 96% olmuşdur.

 

 

 Hədəf Xəbərdən Sevinc Süleyman

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx