TQDK ali təhsil müəssisələrinə qəbul imtahanlarının günlərini təyin etmişdir

Cari ildə orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilməsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2012-ci il tarixli Sərəncamı ilə Komissiyaya əlavə maliyyə  vəsaiti ayrılmışdır.  

Bunun əsasında TQDK keçiriləcək imtahanlara təşkilati, elmi-metodiki hazırlıq işlərinin plan-qrafikini müəyyənləşdirmişdir. Beləliklə, Komissiya tərəfindən orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının, eləcə də ali təhsil müəssisələrinin bakalavr  və magistr səviyyələrinə qəbul imtahanlarının günləri aşağıda təqdim edilir:  

Buraxılış imtahanları:  

Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda: 

–   08.06.2012-ci il, saat 10:00-da  11- ci siniflər, 15:00 da 9- cu siniflər. 

Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda: 

– 13.06.2012 – ci il, saat 10:00-da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər. 

Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab, və Beyləqanda: 

18.06.2012– ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9-cu siniflər. 

Şəki, Zaqatala, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda 

– 24.06.2012 ci il,  saat 10:00 da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər. 

Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda keçiriləcəkdir: 

29.06.2012 – ci il,  saat 10:00-da 11-ci siniflər, 15:00-da 9 – cu siniflər 

04.07.2012- eksternat qaydada və səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər buraxılış imtahanı verəcəklər. 

 

QEYD: TQDK tərəfindən iyun ayının 30-dan iyulun 3-dək 2011/2012-ci tədris ili üçün orta ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə bağlı  appelyasiya komissiyaları fəaliyyət göstərəcək.  

Apelyasiya komissiyaları Bakı şəhərində TQDK-nın inzibati binasında, digər şəhər və rayonlar üzrə komissiyanın regional bölmələrində təşkil olunacaq.  

1. TQDK-nın mərkəzi aparatı(Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 17).   

2. TQDK-nın Naxçıvan MR  Regional Bölməsi (Naxçıvan ş., Nizami küç., 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı); 

3. TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); 

4.TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küç., 8); 

5.TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52) ; 

6.TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Ə.Rəsulzadə pr., 182). 

 

Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra buraxılış imtahanları ilə bağlı heç bir müraciətə baxılmayacaq. 

 

Magistraturaya qəbul imtahanının II mərhələsi – 24.06.2012 

Rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanı – 07.07.2012 

 

Ali məktəblərə qəbul imtahanları 

III ixtisas qrupu üzrə  – 14 iyul 
I ixtisas qrupu üzrə  – 20 iyul 
IV ixtisas qrupu üzrə – 27 iyul 
II ixtisas qrupu üzrə – 3 avqust 

 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları 

 III ixtisas qrupu – 18-24  iyul 

 I ixtisas qrupu – 24 – 30 iyul 

 IV ixtisas qrupu 31 iyul – 8 avqust