Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - TQDK - TQDK “İnformatika” vəsaitini nəşr edib

TQDK “İnformatika” vəsaitini nəşr edib

e2f29eca0939bc59e5f0925f85ada6c2“İnformatika” vəsaiti tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcəkdir. Kitab 13 fəsildən və hər birində 25 test tapşırığı olmaqla sınaq testləri blokundan ibarətdir. Vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx