Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - TQDK - TQDK iyulun 2-də qəbul və buraxılış imtahanları keçirib

TQDK iyulun 2-də qəbul və buraxılış imtahanları keçirib

 

 

1421844062_sh9gurl4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də növbəti imtahanlar keçirib.

Bunlar aşağıdakılardır:

1. Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı

2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı.

3. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı.

4. Eksternat qaydada buraxılış imtahanı.

Bütün imtahan mərkəzlərində imtahanlar təlimata uyğun olaraq keçirilib, şagird və abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyulun 3-dən etibarən Komissiyada imtahan protokolllarının və cavab kartlarının emalına başlanılacaq. Nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar səhifəmizdə veriləcək.

Sonda çoxsaylı sualları nəzərə alaraq aşağıdakı məlumatları bir daha təqdim edirik:

Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı “Abituriyent” jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı “Abituriyent” jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı “Abituriyent” jurnalında dərc olunub.

Qeyd edək ki, bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etmir.

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx