Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - TQDK peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir

TQDK peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir

1421844062_sh9gurl4

TQDK peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir

11.03.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il martın 15–də ölkənin bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək.

İmtahan 29 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaqdır.
İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında “Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla martın 6 – dan etibarən çap edə bilirlər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaqdır. 
Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:
1. İmtahana buraxılış vərəqəsini;
2. Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;
b)Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsini, qaçqın statusu almış xarici ölkə vətəndaşları qaçqın vəsiqələrini.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
Məlumat üçün bildirək ki, imtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 430 zal nəzarətçisi cəlb olunub.
İmtahanlarda ümumilikdə 5026 şagirdin (Bakıda 2049, Gəncədə 337, Şəmkirdə 92, Gədəbəydə 185, Qazaxda 99, Tovuzda 134, Sumqayıtda 420, Abşeronda 135, Şamaxıda 66, Qaxda 117, Bərdədə 136, Göyçayda 106, Kürdəmir 117, Zərdabda 80, Şirvanda 170, Sabirabadda 94, Biləsuvarda 83, Salyanda 91, Saatlıda 116, Lənkəranda 77, Cəlilabadda 100, Qubada 103, Xaçmazda 119) iştirak edəcəyi gözlənilir.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir: 
Təhsilin səviyyəsi Qiymət Fənlər üzrə düzgün cavabların sayı
Ana dili  
(Azərbaycan bölməsi)
Ana dili  
(rus bölməsi)
Riyaziyyat Xarici dil/Kimya
Tam orta 2 0-7 0-7 0-7 0-5
3 8-17 8-17 8-16 6-15
4 18-25 18-25 17-24 16-24
5 26-30 26-30 25-30 25-30
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~K6kZ6

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx