Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib

Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib

12017506_986150861460126_6966466801263467604_o8-9 sentyabr tarixlərində İtaliyanın Verona Universiteti, Türkiyənin Səlcuq Universiteti və Azərbaycanın MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Verona şəhərində Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib. Simpoziumda İtaliya, Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya və digər ölkələrdən 70-dən çox elm adamının məruzələri dinlənilib. Eləcə də 60-dan çox elm adamının poster-məruzələri nümayiş etdirilib. Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının institutları, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Üzeyir Haçıbəyov adına Bakı Musiqi Akademiyası və digər elmi qurumları təmsil edən 30-dan çox elm adamı iştirak edib. Verona Universitetində işə başlayan Simpoziumun açılış mərasimində son günlər Türkiyədə baş verən terror hadisələri nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Simpoziumun Təşkilat Komitəsinin həmsədrləri professor Luigi Scrinzi, dosent Osman Kunduracı, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Verona Universiteti Tesis departamentinin rəhbəri, professor Gian Paolo Romagnani və Konya şəhər bələdiyyəsinin Məclis üzvü Mustafa Uzbaş salamlama nitqi ilə çıxış ediblər. Təşkilat Komitəsinin katibi Ahmet Aytaç simpoziuma hazırlıq və onun gedişi ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Simpoziumun plenar iclasında Verona Universitetinin professoru Simonetta Ponchia “E.ə IX-VII əsrlərdə Suriya-İkiçayarası və Urartu Çarlığı arasında hərbi və iqtisadi münasibətlər”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev “İlk orta əsr Mehrəvan şəhər yerində arxeoloji tədqiqatlar”, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin sədri, dosent Osman Kunduracı “Afyonkarahisar Şuhut Ulu Camesinin bərpası”, araşdırmaçı Ahmet Aytaç “Bekir Yaman kolleksiyasında divar xalıları”, professor Luigi Scrinzi “Toxunmuş mədəniyyətlər”, YOCOCU Beynəlxalq Asossasiyasının prezidenti Andrea Macchia “YOCOCU və Türk dünyası”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əsnayə Şükürova “Azərbaycanda mədəni irsə dövlət qayğısı” mövzularında məruzə ediblər.
Simpozium daha sonra ayrı-ayrı bölmələrdə öz işinə davam edib. Tarix, arxeologiya, etnoqrafiya, memarlıq, turizm, folklor, musiqi, ədəbiyyat və digər elm sahələrinə aid aktual mövzularda məruzələr edilib.
Bölmələrdən birinin moderatoru f.ü.f.d.,dos. Şəmil Sadiq “Türk Hökmdarlarının sözü və qılıncı” mövzusunda çıxış etmişdir.  Şəmil Sadiq açılış günü Simpoziumun Təşkilat Komitəsinin həmsədrləri professor Luigi Scrinzi və Verona Universiteti Tesis departamentinin rəhbəri, professor Gian Paolo Romagnaniyə müəllifi olduğu  Azərbaycan yazıçılarının həyat və yaradıcılığını əks etdirən ingiliscə kitab dəstini hədiyyə etmişdir. Qeyd edək ki, layihə çərçivəsində çap olunan “Yazıçılarımızı dünyaya tanıdaq” nəşrlərində Azərbaycanın iyirmi tanınmış yazıçısının həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən müəyyən nümunələr təqdim edilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Layihənin məsləhətçisi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə f.ü.f.d., dos. Şəmil Sadiqdir. Kitaba ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova.

Simpozium iştirakçıları sentyabrın 10-dan etibarən 3 gün ərzində İtaliyanın Verona, Sirmione, Venesiya, Boloniya və Milan şəhərlərində tarixi-memarlıq abidələrini ziyarət edəcəklər.

12022618_985391844869361_4892836932174134779_o 12017701_985392521535960_4786227819708135463_o 12006473_985390524869493_4147347036241616442_o 12000979_986150798126799_4077743611391389178_o 11952980_985393081535904_8517920336954851345_o 11950378_984411261634086_7538766669460114040_o 11937986_985401571535055_8996607420050315094_o 11231275_986150958126783_8094145326629554785_o

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx