Türkiyənin məşhur telekanalı Hedef Qrupun qonağı oldu

Türkiyənin məşhur televiziya kanalı TV8 Hedef Qrupun qonağı olub.

TV8-in “Şehirde Gündem” proqramının yaradıcı heyəti ilk olaraq Hədəf STEM Liseyini ziyarət ediblər.

Burada liseyin qurucu direktoru f.ü.f.d. dos., Şəmil Sadiq Azərbaycan təhsil sistemi barəsində “Şehirde Gündem” izləyiciləri üçün geniş məlumat verib. O, son illər Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətlər barəsində danışıb.

Daha sonra “Şehirde Gündem” komandası Azadlıq filialında Hədəf Kurslarının Sosial İşlər və Layihələr üzrə direktoru Elvin Əliyev ilə görüşüb.

Elvin Əliyev Hədəf Kurslarının yaranma tarixindən və 10 il ərzində keçdiyi yol barəsində ətraflı məlumat verib.

Qeyd edək ki, TV8 proqramı ümumilikdə 38 ölkəyə yayımlanır.