Türkiyənin nüfuzlu TV8 İNT telekanalı Hedef Group-dan video-reportaj hazırladı

Türkiyənin nüfuzlu TV8 İNT telekanalının “Şehirde Gündem” proqramının əməkdaşları Hedef Group-un qonağı olub.

 

Proqramın müxbiri Tuba İşbilir Hedef Group-un baş direktoru f.ü.f.d., dos, Şəmil Sadiq və Hedef Global-ın direktoru Elvin Əliyev ilə Azərbaycandakı təhsil sistemi ilə bağlı müsahibə alıb.

Şəmil Sadiq məqsədlərinin “Made in Azerbaijan” olaraq dünya brendinə çevrilmək olduğunu qeyd edib: “Məktəbimiz müasir tenxologiyalar, elektronika sahəsində müxtəlif laboratoriyaları ilə fəaliyyət göstərir. Bununla yanaşı tariximizi, milli keçmişimizi unutdurmamaq üçün bizim balabilgələrimizin dünyagörüşlərini milli duyğularla yoğurmaq üçün bu cür bir konseptlə başladıq”.

 

Elvin Əliyev də Hədəf Kurslarının fəaliyyət istiqamətləri barəsində fikirlərini TV8 İNT-in tamaşaçıları ilə bölüşüb: “Kursumuz doqquz filialla fəaliyyət göstərir. Bu filiallarımızda Azərbaycanın ağıllı uşaqlarını biz universitetlərə hazırlayırıq”.

 

Bununla yanaşı Hedef Groupa-a daxil olan şirkətlər barəsində – Hədəf STEM Liseyi, Hədəf Kursları, Hədəf Multimedia Mərkəzi, Hədəf Nəşrləri  barəsində  TV8 tamaşaçılarına ətraflı məlumat verilib.