Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - V Fənlərin Dostluğu Olimpiadası keçirildi

V Fənlərin Dostluğu Olimpiadası keçirildi

14 dekabr 2014-cü il tarixində, saat 15:00-da Hədəf  Kurslarının artıq 5-ci ildir ki, təşkil  etdiyi Fənlərin Dostluğu Olimpiadası keçirildi. Bakı Türk  Anadolu Liseyində baş tutan Olimpiadada Azərbaycan bölməsi üzrə təhsil alan 9-10-cu sinif şagirdləri iştirak etdilər. Şagirdlər 2 saat müddətində 50 test sualını cavablandırıblar.

İmtahana qeydiyyat online şəkildə aparılmışdır. 12 dekabr tarixinə qədər şagirdlər heç bir ödəniş etmədən www.inteqrasiya.az saytında pulsuz qeydiyyatdan keçərək olimpiadada iştirak etmək hüququ qazanmışlar. Qaliblər nəticələrini ən qısa zamanda saytımızdan öyrənə bilərlər.

        Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə məktəblilər arasında keçirilən Fənlərin Dostluğu Olimpiadasının əsas məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək  fəaliyyətlərində stimul yaratmaqdır.

Qaliblər üçün nəzərdə tutulmuş hədiyyələr:

 

I yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində ödənişsiz təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Solitondan planşet

II yer - Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 75 % güzəştli təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Medika Hospitaldan güzəştli müayinə kartı

III yer – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 50 % güzəştli təhsil, OYAL-dan xüsusi hədiyyə paketi, Medika Hospitaldan güzəştli müayinə kartı

IV-X yerlər – Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 25 % güzəştli təhsil, OYAL-dan hədiyyə paketi, kitabevim.az-dan hədiyyə kartı

11-100-cü yerlər – Olimpiadanın xüsusi sertifikatı, Hədəf Kursları və ya İstiqlal Tədris Mərkəzində 15 % güzəştli təhsil

 

Olimpiadanın təsisçisi: Hədəf Nəşrləri

Təşkilatçılar: Hədəf Kursları və İstiqlal Tədris Mərkəzi

Sponsorlar: OYAL, Medika Hospital, Kitabevim.az,  Soliton LTD

İnformasiya dəstəyi: İctimai TV, ORadio,  Kanal13.TV, www.azpress.az, www.atvxeber.az

Partnyorlarımız: senet.az, Həmrəy GMDİB, Hədəf Karyera Mərkəzi

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx