Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Xaricdə təhsil çərçivəsində daha bir əməkdaşlığın astanasında

Xaricdə təhsil çərçivəsində daha bir əməkdaşlığın astanasında

Bu gün Hədəf Kurslarının baş ofisində Hədəf Kursları MMC-nin baş direktoru f.ü.f.d., dos. Şəmil Sadiq Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin İnsan Kaynakları və Personal İşləri müdiri Mustafa Üstünəl arasında işgüzar görüş keçirilmişdir. Görüşdə Hədəf Kurslarının icraçı direktoru Emin Sadiqov, Azadlıq filialının direktoru Elvin Əliyev və Lefke Avropa Universitetinin Türk dili və ədəbiyyat bölümü müəllimi dosent Nazim Muradov da iştirak etmişdirlər.

Azərbaycanda keçirilən təhsil sərgisində iştirak etmək üçün gələn qonaqlar Hədəf Kurslarının xaricdə təhsil layihələri haqqında məlumatlı olduqları üçün gələcəkdə Universitetin rəsmi təmsilçiliyini Hədəf Kurslarına həvalə edilməsi təklifi ilə çıxış etmişlər.

Görüşün formatı da elə bu mövzu üzrə aparılmış, əməkdaşlığın genişləndirilməsi və anlaşma imzalanması üçün ilk detallar müzakirə edilmişdir. Aprel ayının ortalarında bu əməkdaşlığın rəsmiləşdirilməsi qərara alınmışdır.

F.ü.f.d., dos. Şəmil Sadiq qonaqlara məhz Hədəflə əməkdaşlıq təşəbbüslərinə görə minntədarlıq etmiş, bununla bağlı yaxın zamanlarda təkliflər paketi hazırlayaraq onlara təqdim edəcəklərini söyləmişdir. Tədbirin sonunda qonaqlar tədris otaqlarını gəzmiş və dərs şəraiti ilə tanış olmuşlar. Sonda qonaqlar ofis işçiləri ilə görüşərək fikir mübadiləsi aparmışlar.

 Hədəf Kursları MMC-nin Mətbuatla Əlaqələr şöbəsi

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx