Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Xırdalan filialında valideynlərlə görüş

Xırdalan filialında valideynlərlə görüş

Oktyabr ayının 6-da  Hədəf Kursları Xırdalan filialında valideynlərlə görüş keçirildi. Görüşdə ilk çıxışı filialın direktoru Elxan Nəcəfov etdi. Elxan Nəcəfov valideynlərə ilk sınaq imtahanın vaxtı, imtahanın əhəmiyyəti və imtahandan sonra nəticələrlə bağlı görüləcək işlərlə bağlı məlumat verdi. Həmçinin zəif şagirdlər, kursa yeni gəlmiş şagirdlər, müəllimlərin dərs qaydaları haqqında da məlumat verən Elxan müəllim, valideynlərin bir neçə sualını da cavablandırdı.  Görüşdə ikinci çıxışı  psixologiya üzrə fəlsəfə doktoru, BDU-nun müəlliməsi  Ruhəngiz Mehmanqızı  etdi. Seminar xarakterli bu çıxışdə məqsəd abituriyentlərimizə imtahan öncəsi necə dəstək olmaq məqsədi daşıyırdı. Ruhəngiz xanım çıxışında valideynlərə bu işdə necə dəstək olmalıdırlar, onların üzərinə bu məqamda hansı işlər düşür, bununla bağlı, önəmli məsləhətlər verdi. İclasın sonunda isə Xırdalan filialının direktor  müavini Vüsal Heybətov şagirdlər haqqında bir-bir fərdi məlumat verdi. Vüsal müəllim, həmçinin, valideynlərin çoxlu sayda suallarını da cavablandırdı. Abituriyentlərimizə imtahan öncəsi dəstək olmaq məqsədi daşıyan bu görüşümüz inanırıq ki, səmərəli keçdi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx