Buradasınız: Ana səhifə - Yazıçı Müşfiq XANın kitabları

Yazıçı Müşfiq XANın kitabları

1. Tənha canavar (detektiv roman)

Bir gün ətrafında olan insanların hamısı səni tərk edəcək və sən tənha qalacaqsan. Bu mütləq olacaq. Ola bilsin ki, bu dünyada deyil, digər bir dünyada olacaq. Amma mütləq olacaq. Sən isə bu tənhalığınla özünü bir daha tanıyacaqsan. Mütləq tanıyacaqsan. Və əmin ol ki, bu dünyadasansa indiki ağlınla, digər bir dünyadasansa vaxtı ilə öz ağlınla etdiklərinin qarşılığını mütləq alacaqsan. Əmin ol ki, sən heç vaxt həmişə tənha qalmayacaqsan. Çünki sən damarlarında müqəddəs bir qan axan Türk Canavarısan. Diqqətlə bax! Dayandığın kifayət qədər yüksək təpənin zirvəsindən sənin üçün işıqlı yol görünür. O yol bizim yolumuzdur!

E-versiya: http://kitabxana.net/?oper=readBook&id=1323

 2. Ünvansız sevgi (detektiv roman)

Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanəsində qətlə yetirilir.

Qatilin səmərəsiz axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qətlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmalı formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumun qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Bəşirlidən xahiş olunur.

İşi gizli aparan polkovnik tezliklə bu qətllə bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarır. İndi onu yuxusuz gecələr və müəmmalı əlaqələri aşkara çıxarmaq kimi dolaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qətllə bağlı ona məlum olan yalnız bir məsələ var idi – rayon polis bölməsi təhqiqatı düzgün araşdırmamışdı…

E-versiya: http://kitabxana.net/?oper=readBook&id=1316

3. Ümidlərin izi ilə (kriminal-detektiv roman)

1991-ci il… Sentyabr… Tələbəlik…

Hələ ki, dəniz sakit ləpələnir, zəncirini qırmış fırtınalar nəyisə gözləyirdi. Çoxları kimi Ramil də, canı qədər sevdiyi Aytəkin də onları gözləyən bədbəxtlikdən xəbərsiz halda günlər ötüşdükcə bir-birinə daha da bağlanırdılar.

1992-ci il… Fevral… Xocalı…

Həmin gün fırtınalar daha tərəddüt etmədi. Sanki bu dəfə də tamam başqa bir fitvaya uyub həmişəlik susmaqdan qorxmuşdular.

2011-ci il… Fevral… Bakı…

Deyəsən bütün acılar geridə qalmışdı axı?! Amma yox… İyirmi il müddətində dama-dama yaranan sakitlik gölü yenidən öz təmkinini pozacaqdı. Amma bu dəfə yalnız Ramil üçün. İndi onu da, məxfi şöbənin təcrübəli əməliyyatçısı mayor Qüdrətovu da uzun illərin sakitliyindən sonra yenidən ərşəyə çıxmış təlatümün baxışları altında sirli təhqiqat qarabaqara izləyirdi…

Qüdrətov son bir neçə ayda apardığı gərgin təhqiqatın nəticəsi olaraq ermənilər tərəfindən Bakıya göndəriləcək gizli casusun izinə düşsə də, bunu hamıdan gizli saxlayır. Onun fikrincə həmin adamın paytaxta gəlməsi, Aytəkinin Xocalıda girov düşməsi və digər qaranlıq mətləblərin bütün açarları iyirmi il əvvəl baş vermiş bu hadisəyə düyünlənmişdi. İndi onun yeganə məqsədi həmin şəxsi aşkara çıxarıb ifşa etməkdir…

E-versiya: http://kitabxana.net/?oper=readBook&id=1379

4. Sonuncu hədiyyə (detektiv roman)

Təcrübəli xəfiyyə bir-birini sevən iki tələbə gəncin müammalı formada yoxa çıxmasını araşdırır. Tezliklə dənizdən qızın meyitinin tapılması işin qətl hadisəsi olduğuna heç bir şübhə yaratmır. Qatilin axtarışlarının səylə davam etdirilməsi xəfiyyənin düz iyirmi iki il əvvəl baş vermiş daha bir hadisənin üstünü açmasına səbəb olur. Qızın ailəsinin bu hadisədən xəbərsiz halda illərlə yaşadığı məlum olur. Məhz bu dəhşətli xəbərdən sonra qızın anası iyirmi iki il əvvəl olmuş həmin hadisəninin necə baş verdiyini öyrənir. Sonrakı günlərdə bu hadisənin qızın qətli ilə əlaqədar olduğunu aşkara çıxaran təcrübəli xəfiyyə indi artıq qatili ələ keçirmək üçün onun növbəti həmləsini gözləmək qərarına gəlir.

E-versiya: Tezliklə kitabxana.net portalında yerləşdiriləcək!

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx