Buradasınız: Ana səhifə - HƏDƏF NƏŞRLƏRİ - Yazıçı Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanı “Hədəf Nəşrləri”ndə çap olunub

Yazıçı Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanı “Hədəf Nəşrləri”ndə çap olunub

oderlerromani

“Hədəf Nəşrləri”nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çağdaş ədəbiyyatı layihəsi çərçivəsində işıq üzü görən bu əsər müəllifin “Qana qan qarışdı”, “Bu türk daha o türk deyil” dram və şeirlər kitabı, Müşfiq XAN ilə həmmüəllifi olduğu “Ümidlərin izi ilə” romanından sonra sayca dördüncü yaradıcılıq məhsuludur.

Kitaba görkəmli Azərbaycan yazıçısı İsa Muğanna “Ön söz” yazmışdır. “Ön söz”də deyilir ki, nadirlik süjet xəttinin son dərəcə orijinallığı, ölkələr, siyasətlər, dinlər, təriqətlər haqqında məlumatın zənginliyindədir. Ziyalı oxucu müəllifin, şəksiz, şübhəsiz, böyük istedadının məhsulunu təşəkkür hissi ilə qarşılayacaq və Azərbaycan ədəbiyyatına belə bir istedadın gəlməsi ilə fəxr edəcəkdir.

Trilogiya roman Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunub.

Kitabın redaktorları Yusif Alı Afşar və Cəlil Cavanşir, naşiri Müşfiq XAN, dizayneri isə Teymur Fərzidir.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx