Buradasınız: Ana səhifə - FİLİALLARIMIZ - Yeni ünvanla yeni hədəflərə

Yeni ünvanla yeni hədəflərə

Hədəf kursları yarandığı gündən daim inkişaf edən kurs kimi ictimaiyətin diqqətini cəlb edib. Bu il 5 yaşını qeyd edən kursumuz təkcə Bakı şəhərində deyil, həmçinin respublikamızın müxtəlif bölgələrində filialları, təmsilçilikləri olan böyük bir təhsil müəssisəsidir. Qayğıkeş, savadlı müəllim kontingentinə malik olan Hədəf kursları həmişə öz işini peşəkar şəkildə aparır. Kursumuzun təkcə Bakı şəhərində 4 filialı fəaliyyət göstərir.

2012-2013 tədris ilinə Hədəf kursları yeni ugurlarla başladı. Belə ki, kursumuz Xırdalan filialının yeni binasını müəllim və şagird kollektivinin istifadəsinə verdi. Sentyabr ayında qeyd etdiyimiz açılış mərasimi inanırıq ki heç zaman kollektivimizin yaddaşından silinməyəcək. Yeni binamız təhsilin yüksək səviyədə tədris olunması üçün bütün imkanlara malikdir.

Açılış tədbirimizdə kursumuzun təsisçiləri f.ü.f.d., dosent Şəmil Sadiq, Vüqar Tarquliyev və bütün müəllim kollektivimiz iştirak etdilər. Tədbirdə həmçinin məzunlarımız və valideynlər də iştirak edirdi.  Açılış nitqini Xırdalan filialının direktoru Elxan Nəcəfov edərək yeni tədris ilinin başlanması münasibəti ilə tədbirdə iştirak edən hər kəsi təbrik etdikdən sonra Xırdalan filialının dörd illik fəaliyyəti haqqında qısa məlumat verdi.

Daha sonra kursumuzun həmtəsisçisi Vüqar Tarquluyev çıxış etdi. Hər kəsə ugurlar arzulayan həmtəsisçi, filial heyətinin bundan sonra daha da əzmlə, həvəslə çalışacağına əmin olduğunu vurğuladı. Digər həmtəsisçi Ş.Sadiq tədbirdə geniş nitq söylədi. Hədəf Kurslarının yarandığı gündən bu yana keçdiyi inkişaf dövrü haqqında geniş məlumat verdi, yeni tədris ili üçün arzularını ifadə etdi.

Açılış tədbirində iştirak edən  Neftçilər filialının direktoru Fikrət Hüseynov, Nizami filialının direktoru Emin Sadıqov, Azadlıq filialının direktoru Elvin Əliyev, Hədəf Nəşrlərinin direktoru, yazıçı Müşfiq XAN, Baş direktorun müavini Famil İsayev öz salamlarını və təbriklərini iştirakçılara çatdırdılar.

Çıxış edən valideynlər də yaradılan bu şəraitdən razı qaldıqlarını ifadə etdilər. Açılış mərasiminin rəsmi hissəsi bitdikdən çay ziyafəti baş tutdu. Xırdalan filialının yeni binasının açılış tarixi həm də 2012-2013 tədris ili üçün Kursumuzun  ilk pedoqoji iclası günü kimi yadda qaldı. Pedoqoji iclasda yeni tədris ili üçün nəzərdə tutulan işlər, hədəflər, tədbirlər planları müzakirə olundu. Həmçinin keçənilki nəticələr, məzunlarımızın nailiyyətləri barəsində ətraflı məlumat verildi. 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx