Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

5-ci qrupun imtahanında dəyişiklik ola bilər? DİM bu sualı aydınlaşdırdı. Hədəf kursu

Mar 29, 2023
5-ci qrupun imtahanında dəyişiklik ola bilər? DİM bu sualı aydınlaşdırdı. Hədəf kursu

Son günlər təhsil ictimaiyyətinin müzakirə etdiyi mövzulardan biri də 2 apreldə keçiriləcək V qrup qəbul imtahanında hansısa dəyişikliyin olacağı haqqındadır.

DİM rəsmisi bildirib ki, hələ V qrup imtahanı ilə bağlı hansısa dəyişiklik nəzərdə tutulmur. Əgər bir yenilik olarsa, rəsmi olaraq elan olunacaq.

Məlumat üçün qeyd edək ki, 2 aprel tarixində aşağıdakı imtahanlar keçiriləcək:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.