Hədəf Kursları hazırda 9 filialda fəaliyyət göstərir. Nizami, Azadlıq, Xırdalan, Qara Qarayev, Əhmədli, Əcəmi, Yasamal ,Sumqayıt və Mehdiabad filialı. Filiallarımızın ünvan və telefonları saytın “Filiallar” bölməsində qeyd edilib.
Hədəf şagirdləri Hədəf nəşrlərinə aid olan dərslikləri ödənişsiz əldə edir. 10-cu siniflər üçün yalnız kitablar, 11-ci siniflər üçün isə kitablar və test bankları ödənişsizdir.
Kursda dərslər iki növbədə keçilir. Məzunlar üçün səhər, 9, 10 və 11-ci siniflər üçün isə orta məktəbdəki dərs cədvəllərinə uyğun olaraq günorta növbəsində dərs təyin olunur. Səhər növbəsində dərslər 9:30-da, günorta növbəsində isə 15:00-da başlanılır.
Hədəf Kurslarına müəllim qəbulu ildə 1 dəfə – may ayında elan edilir. Bu zamana qədər toplanan cv-lərə baxılır və burada göstərilən nömrələrə imtahan müddətinə az qalmış sms göndərilib imtahana dəvət edilir. İyun ayının əvvəli isə imtahan keçirilir. Yalnız ekstra hallarda tədris ilinin ortasında bəzi ixtisaslar üzrə vakansiya elan olunur. Bu isə Hədəf Kurslarının facebook və instagram səhifəsində yerləşdirilir.
İmtahan mövzuları hər ay təyin olunmuş imtahan tarixindən 10 gün əvvəl saytımızın “imtahan mövzuları” bölməsində verilir.
Keçirilən imtahanının cavabları-MİQ, summativ, magistr imtahanları ən gec 2 gün ərzində, fənn blokları və buraxılış imtahan nəticələri isə 10 gündən gec olmayaraq İmtahan mərkəzi tərəfindən elan olunur. Siz cavabları əldə etmək üçün aldığınız kuponla birgə filiallarımızdan hər hansı birinə müraciət edə bilərsiniz.
Bildiyiniz kimi Hədəf Kursları 9 filialda fəaliyyət göstərir. Ödənişlə bağlı uyğun filiala müraciət edərək ətraflı məlumat əldə etmək mümküdür. Filiallarda yerdəyişmə olduğu halda belə qiymət dəyişilmir.
Bildiyiniz kimi dərslərimiz sentyabr ayında başlanılır. Lakin noyabr ayına qədər qeydiyyatımız davam edir. Əgər şagird dərslərə gec başlayırsa o qətiyyən narahatlıq hissi duymasın. Bu zaman şagird oxuduğu filialın müdir müavininə yaxınlaşaraq, ona geri olduğu mövzuları mənimsəməsi üçün əlavə dərslər təyin edilməsini xahiş edir. Bir neçə əlavə dərsdən sonra şagirdin bu problemi tamamilə aradan qaldırılır.
Hədəf Kurslarının filialları şənbə günü də daxil olmaqla, həftə içi hər gün 9:00-dan 19:00-a qədər fəaliyyət göstərir. Müraciət edə bilərsiniz.
Hədəf Kurslarının bütün filiallarına müraciət edə bilərsiniz.
Hədəf Kurslarında Rus bölməsi 5 filialda keçirilir: Azadlıq, Yasamal,Əcəmi, Qara Qarayev, Əhmədli.
Sınaq imtahanının nəticəsini imtahandan 10 gündən gec olmayaraq online şəkildə imtahanim.net saytından və yaxud bilet aldığınız filildan əldə edə bilərsiniz.