14 ildən artıqdır ki, fəaliyyət göstərən Hədəf Kursları abituriyent istiqaməti üzrə öz uğur faizi ilə daim seçilmişdir. 8,9,10,11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı Hədəf Kurslarının bütün filiallarında mövcüddur. Hazırda Azərbaycan və rus bölməsi üzrə abituriyent hazırlığı Yasamal, Azadlıq, Əcəmi,Qara Qarayev, Əhmədli, yalnız azərbaycan bölməsi üzrə hazırlıq isə Nizami, Xırdalan və Sumqayıt,Mediabad filiallarında mövcuddur.
Hədəf Kurslarında TƏQAÜD-GÜZƏŞT imtahanı haqqında
TƏQAÜD-GÜZƏŞT imtahanı ildə bir dəfə olmaqla hər il yaz aylarında keçirilir. Qəbul imtanında VIII, IX, X siniflər öz biliklərini sınaya bilərlər. İmahanın keçirilmə məqsədi şagirdlərin topladığı bala uyğun olaraq güzəşt əldə etməsidir. Hədəf Kurslarında Ali məktəbə hazırlaşmaq istəyən abituriyentlər topladığı bala əsasən aşağıdakı güzəşt faizlərimizdən yararlanacaq :
651-700 – 100% güzəşt
601-650 – 70% güzəşt
551-600 – 50% güzəşt
451-550 – 25% güzəşt
351-450 – 20% güzəşt
201-350 – 10% güzəşt
HƏDƏF KURSLARINDA DƏRSLƏRİN SƏMƏRƏLİ VƏ RAHAT ŞƏKİLDƏ KEÇİRİLMƏSİ ÜÇÜN LAZIMİ ŞƏRAİT VARMI ?
Bu gün kursumuzda şagirdlərin dərs keçməsi üçün ayrılan sinif otaqlarımız tədris üçün lazım olan bütün imkanlara malikdir. Filiallarda müəyyən fənnlər üçün nəzərdə tutulmuş elektron avadanlıqlar sinif şəraitində mövcuddur. Şagirdlərimiz tənəffüslərdə yeməkxanadan istifadə etmək imkanına malikdirlər. Dərslər həftədə 3 gün keçirilir. 1 dərs saatı 40 dəqiqədir. Siniflər üzrə həftəlik dərs saatı miqdarı dəyişir.
HƏDƏF KURSLARINI SEÇMƏKLƏ NƏLƏR ƏLDƏ EDƏCƏKSİNİZ ?
1) Hər ay tədris ili ərzində ümumilikdə 6 MQT (İxtisas bloku üzrə mövzu qiymətləndirmə testi), 6 BMQT (Buraxılış mövzu qiymətləndirmə testi), 6 ÜQT ( 3-ü ixtisas bloku üzrə, 3-ü isə buraxılış üzrə ümumi qiymətləndirmə testi) ilə biliyinizi qiymətləndirəcəksiniz;
Abituriyent qruplarımızdakı şagirdlərimizi tədris ili boyunca aşağıdakı imtahanlar müşayiət edir.
MQT (Mövzu Qiymətləndirmə Testləri) –ay ərzində keçirilənlərin imtahan olunması
ÜQT (Ümumi Qiymətləndirmə Testləri) – tədris proqramı üzrə öyrənilənlərin imtahan olunması
2) Tanınmış metodistlərin hazırladığı proqrama sahib olacaqsınız;
3) Kurs müddətində və kurs sonunda şagirdlərimizə təcrübəli müəllimlərimiz və psixoloqlar tərəfindən psixoloji vəziyyətin yaxşılaşması üçün seminarlar, treninqlər keçirilir.
4) Kurs həyatında və bundan sonra siz də Hədəf ailəsinin bir üzvünə çevriləcək, ictimai fəaliyyətiniz və biliyinizlə cəmiyyətin diqqətini özünüzə çəkəcək, tələbə olduqdan sonra Hədəf Karyera Mərkəzinin imkanlarından yararlana biləcəksiniz.