Məktəbəqədər hazırlıq
Ölkəmizdə həm dövlət, həm də özəl məktəblər 1-ci sinfə şagird qəbul edərkən xüsusi imtahanlar keçirirlər. Məhz bu səbəbdəndir ki, kursumuzda Azərbaycan və rus bölmələri üzrə 4-5-6 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq dərsləri fəaliyyət göstərir. Dərslərin hazırlığı 9 ay davam edir.Məktəbəqədər hazırlıq, Tədris ili müddətində öyrənilən dərslərin daha yaxşı mənimsənilməsi üçün aylıq sınaq imtahanları keçirilir. Bundan başqa, dünya görüşlərini artırmaq məqsədi ilə bayram günlərinin keçirilməsi, ekskursiyaların təşkili kimi uşaqların inkişafını sürətləndirəcək fəaliyyət istiqamətlərimiz də mövcuddur. Məktəbəqədər hazırlıq müddəti bitdikdən sonra kursu bitirən balaca hədəfçilərə sertifikat təqdim olunur.
Məktəbəqədər hazırlıq Dərslərində nələr öyrədilir?
Savad təlimi məşğələsində əlifba vasitəsilə sözlər qurula bilir;
Riyaziyyat və məntiq məşğələsində sadə riyazi əməllər və konstruktiv bacarıqlar nümayiş etdirilir, məkan və zamanla bağlı ilkin riyazi əməliyyatlar yerinə yetirilir;
Ətraf aləm məşğələsində canlı və cansız aləmdəki obyektlərlə düzgün davranış bacarığı formalaşdırılır, ətraf mühitdə baş verən hadisələr, ailə və vətən haqqında sadə məlumatlar öyrədilir;
Xarici dil dərsləri 3 günlük dərs proqramında yalnız ingilis dili, 5 günlük dərs proqramında isə ingilis və rus dilləri olaraq öyrədilir. Dərslər musiqili və əyləncəli formada keçirilir;
Uşaqların estetik inkişafı nəzərə alınaraq rəsm, rəqs, və yaradıcı iş məşğələləri keçirilir.
Burada uşaqların intellektual, psixi hazırlığını təmin etmək məqsədi ilə Hədəf Kurslarında məktəbəqədər hazırlıq 2 proqram əsasında aparılır:
Məktəbəqədər hazırlıq 3 günlük dərs proqramı:
A) Həftəlik 6 saat dərslərin keçirilməsi;
B) Dərs vəsaitlərinin pulsuz verilməsi;
Keçirilən fənlər:
Məktəbəqədər hazırlıq 5 günlük dərs proqramı:
A) Həftəlik 20 saat dərslərin keçirilməsi;
B) Dərs vəsaitlərinin pulsuz verilməsi (4 kitab);
C) Çay fasiləsi;
Keçirilən fənlər: