MÜƏLLİM HAZIRLIĞI
Bildiyiniz kimi, Azərbaycanda ilk müəllim hazırlığı dərsləri məhz Hədəf Kurslarında keçirilib.
Hədəf Kursları hər ilin dekabr-yanvar aylarından etibarən Müəllimlərin İşə Qəbulu imtahanına hazırlıq kurslarına başlayır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Müəllimlərin İşə Qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq, müraciət edənlərin bu imtahana daha yaxşı hazırlaşması üçün kurslar təşkil edilir.
Hazırlıq proqramını tədris edən pedaqoqların hər biri öz sahələrinin peşəkarlarıdır. Beynəlxalq və milli məsləhətçilərin seminarlarını keçmiş kurikulum təlimçiləri, təhsilə yeni yanaşmanın sirlərini dinləyicilərə ustalıqla öyrədirlər.
Dərs proqramı Təhsil Nazirliyi tərəfindən nəşr edilmiş siniflər üzrə dərs vəsaitlərinə əsaslanır.
Həftəlik dərs saatları aşağıdakı cədvəldə göstərilmişdir:
Fənn sayı | Dərs saatı | Həftə ərzində |
İxtisas | 4 saat | Həftədə 2 dəfə (90 dəq olmaqla) |
Kurikulum | 4 saat | Həftədə 2 dəfə (90 dəq olmaqla) |
2 Fənn | 8 saat | Həftədə 4 saat ixtisas, 4 saat Kurikulum |
3 Fənn | 10 saat | Həftədə 3/3 saat ixtisas fənləri, 4 saat Kurikulum |
Dərsliklər (kurikulum) və elektron vəsaitlər kurs tərəfindən verilir.
Dərslər 8-10 nəfərlik qruplarla və fərdi olaraq keçirilir.
Bundan başqa hər il Hədəf Kurslarına müəllim qəbulu imtahanları da keçirilir ki, bu imtahanlarda 1000-dən çox namizəd iştirak edir. Kursumuzda MİQ hazırlığı keçən dinləyicilər Hədəf Kurslarına müəllim qəbulu imtahanında iştirak etmək üçün güzəştlər əldə edirlər. İmtahan nəticələri məqbul olan müdavimlər işə qəbul prosesində daha çox şans əldə edir. Hər il müxtəlif filiallarımızda onlarla MİQ dinləyicimiz işə qəbul olunur. Seçilmiş müəllimlər avqust ayında “Hədəf Kursları-pedaqoji seminarı”nı keçdikdən sonra müvafiq dərslərlə təmin edilirlər.